Çinli android-robotu üç günə 106 km məsafə qət edərək Ginnesin Rekordlar Kitabına düşüb
Çinli android-robotu cəmi üç günə 106 kilometr məsafə qət edərək yeni dünya rekordu müəyyən edib. Oxuməni.az xəbər verir ki, bu barədə "People's Daily" məlumat yayıb.
Robot demək olar ki, fasiləsiz hərəkət edib: mühəndislər vaxtında batareyaları dəyişərək aparatın uzun müddət dayanmasının qarşısını alıblar. İstiqamətlənmə GPS naviqasiyası, infraqırmızı sensorlar və çətin ərazilərdə tarazlığı qorumağa imkan verən stabilizasiya sistemi vasitəsilə təmin edilib.
Robotu inkişaf etdirənlər qeyd edirlər ki, robot gündüz və gecə, yağışda və küləkdə işləyə bilir. İstifadə olunan texnologiyalar logistika, xilasetmə əməliyyatları və muxtar hərəkət sistemlərində tətbiq oluna bilər.
Almaz Həsənli
Digər xəbərlər































.jpg)
.jpg)
.jpg)



















































.jpg)
