“Lukoyl” şirkətinin həmtəsisçisi Fedun öz payını satdı

“Lukoyl” şirkətinin həmtəsisçisi Fedun öz payını satdı

Bəyəndim (1) Bəyənmədim (0)

“Reuters” agentliyi üç mənbəyə istinadən xəbər verir ki, Rusiya neft şirkəti “Lukoyl” -un keçmiş vitse-prezidenti və həmtəsisçisi Leonid Fedun şirkətdəki payını satıb. Onlardan ikisi sövdələşmənin 2025-ci ilin əvvəlində baş verdiyini iddia edir.

Fedunun “Lukoyl” -da 10 faiz paya sahib olduğu bildirilir. “Reuters” bu aktivlərin bazar dəyərini 7 milyard dollar (6,1 milyard avroya bərabər) qiymətləndirir. Hesabata görə, alıcı “Lukoyl” -un özü olub.

69 yaşlı sahibkar Leonid Fedun Ukraynada anadan olub, lakin Monakoda yaşayır. 1996-cı ildə “Lukoyl” -un vitse-prezidenti olub və Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin başlamasından qısa müddət sonra, 2022-ci ilin yayında bu vəzifədən istefa verib. Şirkətin o vaxt bildirdiyi kimi, Fedun "təqaüd yaşına çatması və ailə vəziyyəti" səbəbindən ayrılmaq qərarına gəlib.

Almaz Həsənli