Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.

Oxuməni.az