Gümüşün qiyməti tarixində ilk dəfə unsiya başına 62 dollardan yuxarı qalxdı
Gümüşün birja qiymətləri yeni tarixi rekorda imza atıb.
Bu barədə Oxuməni.az RBC-yə istinadən məlumat yayıb.
Çərşənbə günü, dekabrın 10-da, Comex birjasında mart ayında tədarük ediləcək gümüş fyuçersləri 1,94% bahalaşaraq, Bakı vaxtı ilə saat 06:09-da aparılan ticarətə əsasən, unsiya başına 62,02 dollara yüksəlib. Qiymətli metalın unsiyasının 62 dollarlıq həddi tarixində ilk dəfə keçilib.
Bakı vaxtı ilə saat 10:35-ə olan məlumata görə, Comex birjasında mart ayında tədarük ediləcək gümüş fyuçersləri 1,6% bahalaşaraq, unsiya başına 61,8 dollardan ticarət olunub.
Gümüşün qiymətinin çərşənbə axşamı, dekabrın 9-da tarixində ilk dəfə 60 dollar həddini keçməsindən sonra artmağa davam edib.
“Bloomberg” yazır ki, bazarda təklif çatışmazlığı və ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətinin daha da yumşaldılması gözləntiləri səbəbindən gümüşə tələbatın artması müşahidə olunur. Qiymətli metallar adətən aşağı faiz dərəcələri şəraitində artım tendensiyası göstərir. Bu artım, həmçinin gümüşlə təmin edilmiş birja investisiya fondlarına vəsait axını ilə də dəstəklənib.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)






















































