AYİB Azərbaycan üçün “yaşıl” iqtisadiyyatın inkişaf proqramını təsdiqləyib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycanda 85,6 milyon avro dəyərində “Green Economy Financing Facility, GEFF”nin (Yaşıl İqtisadiyyat Maliyyələşdirmə Mexanizmi) istifadəyə verilməsini təsdiqləyib. Təşəbbüs beş il müddətinə planlaşdırılıb və ölkə üçün pilot layihə olacaq.
Proqram tərəfdaş banklar, mikromaliyyə təşkilatları və lizinq şirkətləri vasitəsilə “yaşıl” maliyyələşdirməni təşviq etməyi hədəfləyir. Vəsaitlər enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə, dairəvi iqtisadiyyatın inkişafı və iqlim dayanıqlığı sahəsində özəl şirkət layihələrinə yönəldiləcək. "İnterfaks" xəbər verir ki, dəstək kiçik və orta sahibkarlıq subyektlərinə, korporativ müştərilərə və ev təsərrüfatlarına təqdim olunacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. 30 sentyabr tarixinə bank 200 layihə vasitəsilə ölkəyə 3,66 milyard avro sərmayə qoyub. AYİB-in Azərbaycandakı aktiv portfeli təxminən 1 milyard avro təşkil edir və 35 davam edən təşəbbüsü əhatə edir.
Almaz Həsənli

































.jpg)
.jpg)
.jpg)




















































