İran valyutası bir dollar üçün 1,3 milyon riala düşdü
İran valyutası yenidən rekord səviyyəyə çataraq ABŞ dolları üçün 1,3 milyon riala çatdı. Bu barədə 15 dekabrda “RİA Novosti” məlumat verib.
Bu ilin mart ayında rialın məzənnəsi artıq milyon həddini keçib və 1 dekabr tarixinə qiymət 1,19 milyon rial olub. Lakin dollar İran valyutasına qarşı gündəlik olaraq möhkəmlənməyə davam edir. Agentlik bildirir ki, 2018-ci ildə məzənnə bir dollar üçün təxminən 50.000 rial olub. İranda inflyasiya hazırda illik müqayisədə 38,9 faiz təşkil edir.
Noyabr ayında bu böhrana cavab olaraq İran hakimiyyəti rialın yenidən denominasiyası planlarını açıqladı. Yeni rial 10.000 köhnə vahid, bir yeni sikkə isə 100 kran dəyərində olacaq. Bu tədbir ölkədə əskinas çap xərclərini azaltmaq və maliyyə əməliyyatlarını sadələşdirmək məqsədi daşıyır.
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)































































