İlon Maskın sərvəti 800 milyard dolları keçdi

İlon Maskın sərvəti 800 milyard dolları keçdi

Bəyəndim (2) Bəyənmədim (0)


Amerikalı iş adamı İlon Mask sərvəti 800 milyard dolları keçən dünyada ilk insan olub. Oxuməni.az “Forbes”-in məlumatına istinadən xəbər verir.
Bu, onun SpaceX şirkətinin süni intellekt sahəsində ixtisaslaşan və Grok çatbotunu hazırlayan özünün xAI şirkətini almasından sonra baş verib. Forbes-in hesablamalarına görə, bu sövdələşmə Maskın sərvətini 84 milyard dollar artıraraq rekord həddə – 852 milyard dollara çatdırıb.
Forbes-in ən zəngin insanlar siyahısında ikinci yerdə Google-un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Nəşr onun sərvətini 281 milyard dollar qiymətləndirir.
Sövdələşmədən əvvəl Mask 336 milyard dollar dəyərində SpaceX səhmlərinin 42%-nə, həmçinin 122 milyard dollar dəyərində xAI səhmlərinin 49%-nə sahib idi. Forbes-in hesablamalarına görə, sövdələşmədən sonra Mask birləşmiş şirkətin 542 milyard dollar dəyərində səhmlərinin 43%-nə sahibdir. Forbes belə nəticəyə gəlir ki, "bu, SpaceX-i Maskın ən dəyərli aktivinə çevirir".
Almaz Həsənli