Rusiyada idman brendi “Adidas”-ın məhsullarının satışı qadağan edildi

Rusiyada idman brendi “Adidas”-ın məhsullarının satışı qadağan edildi

Bəyəndim (0) Bəyənmədim (0)

İdman geyimi və ayaqqabısı brendi olan “Adidas” artıq Rusiya bazarında olmayacaq. Oxuməni.az-ın məlumatına görə, bu barədə “Life.ru” portalı xəbər verib.

"Rosakkreditasiya orijinal məhsullar - geyimlər və idman ayaqqabıları üçün ən azı 10 uyğunluq sertifikatını ləğv edib", - deyə materialda bildirilir. Bu məqalə Life saytında dərc olunub.

Nəticədə qəbul edilmiş qərar, hətta paralel idxal çərçivəsində də bu brendin məhsullarının Rusiya çoxbrendli pərakəndə şəbəkələrində satışı imkanını istisna edir. Gələcəkdə Nike, Reebok, Puma və bir sıra digər brendlər daxil olmaqla, digər xarici markalara da oxşar məhdudiyyətlər tətbiq oluna bilər.

Alman idman geyimi istehsalçısı “Adidas”, "xüsusi əməliyyat"ın başlamasından sonra 2022-ci ildə Rusiya bazarını tərk etdi. Sonradan brendin məhsulları, o cümlədən Qazaxıstan vasitəsilə paralel kanallarla ölkəyə daxil olmağa davam etdi. Məhz bu ölkədə uyğunluq sertifikatları rəsmiləşdirilirdi ki, bu da sonradan malların növbəti partiyalarının idxalı zamanı gömrük orqanlarına təqdim edilirdi.

Zamanla bazarda getdikcə daha çox saxta sertifikatlar peyda olmağa başladı ki, bu da məhsulların satışını xeyli çətinləşdirdi. Pərakəndə mağazalar üçün belə sənədlərdən istifadə cərimələr, malların müsadirə edilməsi və fəaliyyətin dayandırılması ilə nəticələnə bilər. Marketpleyslərdə satıcılar üçün də oxşar tədbirlər, həmçinin xidmətdə hesabın bloklanması nəzərdə tutulur. Sənədlərin saxta olduğu müəyyən edilərsə, cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

Almaz Həsənli