Uber 2026-cı ildə Dubayda hava taksisinin istifadəyə veriləcəyini elan etdi
Uber şirkəti tətbiq vasitəsilə hava taksisi sifariş etmək imkanını elan edib. Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.
Aerotaksilərin istifadəyə verilməsi üçün Uber, bu ilin sonunda Dubayda bu nəqliyyat növü ilə daşımalara başlamağı planlaşdıran “Joby Aviation” aerotaksi xidməti ilə əməkdaşlıq edib.
Taksi dörd sərnişinə qədər yerləşdirə biləcək və kommersiya pilotları tərəfindən idarə olunacaq. Dubayda dörd eniş meydançası təşkil edilməsi planlaşdırılır. Onlar şəhərin beynəlxalq hava limanında, ticarət mərkəzində, Palm Jumeyra adasındakı oteldə və Dubay Amerika Universitetində yerləşəcək.
Gələcəkdə Uber və Joby Nyu-York, Los-Anceles, Böyük Britaniya və Yaponiyada hava taksilərini istifadəyə verməyi planlaşdırırlar.
Nəşrdə qeyd olunur ki, Amerika şəhərlərində planları həyata keçirmək üçün şirkətlər sertifikatlaşdırma almalı və ABŞ Federal Mülki Aviasiya İdarəsinin sınaqlarından keçməlidirlər.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


























