Qızılın dünyada birja qiyməti təxminən dörd faiz artıb

Qızılın dünyada birja qiyməti təxminən dörd faiz artıb

25 Mart 12:59
Bəyəndim (3) Bəyənmədim (0)

Qızılın birja qiyməti dünya investorlarının bu etibarlı aktivə olan tələbatının davam etməsi səbəbindən təxminən 4% artır.

Oxuməni.az xəbər verir ki, bu barədə ticarət məlumatları və analitikin şərhləri sübut edir.

Bakı vaxtı ilə saat 09:21-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında iyun fyuçersinin qızıl qiyməti əvvəlki bağlanışa nisbətən 159,2 dollar, yəni 3,59% artaraq bir troya unsiyası üçün 4593,3 dollara, may fyuçersinin gümüş qiyməti isə 5,38% artaraq 73,315 dollara çatıb.

“Oversea-Chinese Banking Corp.” strategisti Kristofer Vonq (Christopher Wong) “Reuters” agentliyinə verdiyi açıqlamada deyib: "Dolların məzənnəsi zəiflədikcə, etibarlı aktivlərə olan tələbat bərpa olunmağa başlayır. Bu, qızılın "sığınacaq aktivi" kimi cəlbediciliyini itirmədiyi fikrini təsdiqləyir."

Bazar Yaxın Şərqdəki vəziyyəti də izləməyə davam edir.

Almaz Həsənli