Ermənistan Gürcüstandan qaz kəmərinin köçürülməsini xahiş edir
Ermənistanın xahişi ilə Gürcüstanı və Ermənistanı birləşdirən qaz kəmərinin 5,5 kilometrlik hissəsi köçürüləcək. Bu barədə Gürcüstanın Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə müvafiq müraciət daxil olub. Oxuməni.az xəbər verir ki, bu barədə Sputnik-Gürcüstan məlumat yayıb.
Sənədlərə əsasən, boru kəmərinin yerinin dəyişdirilməsi Ermənistan tərəfinin xahişi ilə bağlıdır, çünki boru kəmərinin Ermənistan hissəsi üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir və 90-cı illərdə minalanıb.
"Bu hissədə minimal təhlükəsizlik standartlarına riayət etmək və təmir işləri aparmaq mümkün olmadığı üçün, üçtərəfli dövlətlərarası sazişə əsasən, qaz kəmərinin adı çəkilən problemli hissəsinin minalanmış ərazidən çıxarılması və təhlükəsiz məsafədə yeni qaz kəmərinin tikilməsi qərara alınıb", - deyə köçürmənin əsaslandırılmasında bildirilir.
Boru kəməri bir neçə kilometr köçürüləcək və Ermənistan tərəfindən tikilmiş yeni hissəyə birləşdiriləcək.
Gürcüstandan gələn boru kəməri Ermənistana təbii qaz tədarükünün əsas marşrutlarından biridir.
Ermənistan Rusiyadan qazı Gürcüstanın tranzit infrastrukturu vasitəsilə alır.
Almaz Həsənli

































.jpg)

.jpg)




















































