ABŞ rus neft tankerinin Kubaya keçməsinə icazə verdi
ABŞ Sahil Mühafizəsi Kubaya 730 min barel neft daşıyan "Anatoli Kolodkin" adlı rus tankerini saxlamadı. Oxuməni.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu gəmi artıq adanın şərq ucuna yaxınlaşıb və martın 31-dək Kubanın Matanzas limanına çatması gözlənilir.
ABŞ Sahil Mühafizəsinin iki patrul katerı Kubanın yaxınlığında yerləşir. Martın 29-da "The New York Times" qəzeti xəbər verib ki, bu gəmilər ABŞ prezidenti Donald Tramp tərəfindən əvvəllər elan edilmiş adanın faktiki blokadasına baxmayaraq, rus neft tankerini saxlamaq barədə əmr almayıblar.
Donald Trampın özü bazar ertəsi gecə jurnalistlərə bildirib ki, "əgər hər hansı bir ölkə Kubaya bir miqdar neft göndərmək istəyirsə", o, "bununla bağlı heç bir problem görmür", "bu Rusiya olsun ya olmasın". Ağ Ev rəhbəri əlavə edib: "Biz buna qarşı deyilik, əgər kimsə belə bir tədarük alırsa, çünki onlara lazımdır... onlar yaşamalıdırlar".
"The New York Times"ın sorğu keçirdiyi ekspertlər, rus neft tankerinin gəlişinin Kubanı ən azı bir neçə həftəlik yanacaq ehtiyatı ilə təmin edəcəyini düşünürlər.
Almaz Həsənli







































































.jpg)

.jpg)















