Neftin qiyməti Trampın İrana qarşı yeni təhdidləri fonunda yenidən qalxıb

Neftin qiyməti Trampın İrana qarşı yeni təhdidləri fonunda yenidən qalxıb

Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni təhdidləri fonunda neftin qiyməti yenidən qalxıb. Oxuməni.az xəbər verir ki, bu, London ICE birjasında ticarət nəticələrinə əsasəndir.
İyun ayı üçün Brent markalı neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, yüksəlir. Bu səhərdən bəri qiymətlər 1,31 dollar artaraq (1,19 faiz artım) bir barrel üçün 111 dolları keçib.
Bu arada, Texas Intermediate (WTI) xam neft müqavilələri 2,85 dollar (2,54 faiz artım) bahalaşaraq bir barrel üçün 115,26 dollara yüksəlib. NYMEX məlumatlarına görə, xam neftin qiyməti barrel üçün 115,26 dollara yüksəlib.
Almaz Həsənli