İlon Mask tərəfindən 4 il əvvəl kosmosa göndərilən  "TeslaRoadster"in taleyi necə oldu?

İlon Mask tərəfindən 4 il əvvəl kosmosa göndərilən "TeslaRoadster"in taleyi necə oldu?

13 Fevral 2022 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ilin əvvəlində SpaceX kompaniyası kosmosa Falcon Heavy ağır raketi ilə qeyri-ənənəvi yük göndərdi. SpaceX-in rəhbəri milyarder İlon Maskın göndərdiyi yük isə "TeslaRoadster" avtomobili idi. Mask maşının sükanı arxasına astronavt forması geydirilən və Starman adı verilən manekeni əyləşdirmişdi. "Tesla" isə bu günə kimi kosmosda hər hansı zədə almadan uçuşunu davam etdirir. Maşını sonuncu dəfə teleskop vasitəsi ilə 2018-ci ilin mart ayında müşahidə ediblər. Ondan sonra teleskop sahibləri milayderin ciddi əhəmiyyət kəsb etməyən maşınına vaxt ayırmayıblar. Ancaq NASA tərəfindən digər kiçik asteroidlər kimi "TeslaRoadster" müşahidə edilir və nəzarət altında saxlanılır.

VVhereisroadster.com saytının məlumatına görə hazırda "Tesla" Yerdən 234 483 948 mil (377 381 556 kilometr) məsafədədir. Maşın hər gün yerdən saatda 3 460 mil (5 568 kilometr) uzaqlaşmaqdadır. Maskın obyekti ötən illər ərzındə isə kosmosda 2 мilyard mil (3,2 milyard km) yol qət edib. O, bu müddət ərzində Günəş ətrafında 2,6 dövrə vurub və bu, tarixdə ən böyük məsafə hesab edilir. "Tesla" qarantiya müddətindən 55 min dəfə çox hərəkət edib. "Tesla" Marsdan 5 milyon mil (8 milyon kilometr) məsafədən keçib ki, bu da Yerlə Ay arasındakı məsafədən 20 dəfə çoxdur. Yenidən "TeslaRoadster" Marsdan eyni məsafədnə yalnız 2035-ci ildə keçəcək. 2047-ci ildə isə obyekt Yerdən bir neçə milyon kilometr məsafədə olacaq. O vaxta kimi isə çox güman ki, Mask həyatda olmayacaq. İstənilən halda "Tesla" hələ uzun müddət-milyon illər kosmosda dolaşacaq Bu barədə Torontodakı Skarboro universiteti alimlərinin araşdırmalarında deyilir. Alimlərin fikrincə milyon illər ərzində obyektin Yer və ya Venera ilə toqquşma ehtimalı müvafiq olaraq 6 və 2, 5 faizdir. 15 milyon il ərzində isə "TeslaRoadster"in Yerlə toqquşma ehtimalı 22 faiz hesab edilir. Bu da onu göstərir ki, Yerdə həyat məhv olandan sonra belə "TeslaRoadster" Günəş ətrafında dövrə vurmaqda davam edəcək.

Emin Axund