“Super Yer” kəşf olundu: həyat əlamətləri var - 36.5 işıq ili uzaqda yerləşir

“Super Yer” kəşf olundu: həyat əlamətləri var - 36.5 işıq ili uzaqda yerləşir

28 May 2022 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Milli Astronomiya Rəsədxanasının astronomları bir ulduzun həyat üçün əlverişli zonasında yerləşən yeni “Super Yer” kəşf ediblər.

Oxuməni.az xəbər verir ki, kiçik ulduzun yavaş hərəkəti yaşayış üçün əlverişli orbitdə fırlanan “Super Yer” ekzoplanetinin mövcudluğunu ortaya çıxarıb.

Astronomlar 36.5 işıq ili uzaqlıqdakı “Ross 508” adlı “qırmızı cırtdan”ın ətrafında fırlanan Yerin kütləsindən cəmi 4 dəfə böyük planetin mövcudluğunu təsdiqləyiblər. Bu naməlum göy cisminin səthinin Yer kürəsinə bənzədiyi bildirilib.

Yer həyatın ola biləcəyi ekzoplanetləri aşkar etmək üçün əlimizdə olan yeganə şablondur.

Bu səbəbdən öz ulduzundan bəlli məsafədə orbitdə fırlanan, temperaturunun səthindəki maye sular üçün əlverişli olduğu yerlər “həyatın ola biləcəyi yerlər” kimi xarakterizə edilir. Amma bu o demək deyil ki, bu planetlər mütləq həyat üçün uyğundur.