"Yuxu saatlarının az olması həyat saatlarının az olmasına bərabərdir..."

"Yuxu saatlarının az olması həyat saatlarının az olmasına bərabərdir..."

11 Sentyabr 2022 06:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən heç vaxt özümü o qədər məşğul etmərəm ki, məşqlərdən imtina edəm..."

"İdmanla məşğul olanlar daha xoşbəxtdir, stresə və narahatlığa az məruz qalır..."

Normal yuxu, meditasiyalar, alkoqoldan imtina, idman və qətiyyət beyninizi uzun müddət ərzində sağlam saxlayacaq..."

Neyrobioloq beyinin sağlamlığını qorumağın 5 metodunu açıqlayıb...

Amerikalı alim sosial şəbəkələrdə beyinin sağlamlığının maksimal dərəcədə uzun müddətdə saxlanılmasına imkan verən metodlardan danışıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Onun sözlərinə görə, bu baza tövsiyələrə əməl edilərsə, artıq bir aydan sonra həm fiziki, həm də psixi mənada müsbət dəyişikliklər özünü büruzə verəcək.

ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərindən olan 26 yaşlı Kodi İzabel özünün "TikTok" sosial şəbəkəsində @mindbrainplab niki altında sağlamlıq barədə videoçarxlar dərc etməklə böyük populyarlıq qazanıb.

Onun növbəti videosu 2, 5 milyon baxış əldə edib, orada Kodi neyrobioloq kimi heç vaxt yol verə bilməyəcəyi 5 nəsnədən danışıb.

Sağlam yuxu

Bu sırada ilk olaraq Kodi yuxu rejimini heç vaxt pozmayacağını deyib.

"Yuxu saatlarının az olması həyat saatlarının az olmasına bərabərdir", - o, bəyan edib və izah edib ki, yuxu "gündəlik travma" ilə əlaqədar beyində yaranan iltihabı azaldır.

Lakin ekspert insanın sutkada nə qədər yuxu almasını deməyib.

Bu yaxınlarda alimlər müəyyən edib ki, yuxunun həddən artıq çox olması onun az olmasından az ziyan vurmur.

Vaşinqton ştatında aparılan təqdiqat göstərib ki, 4 saatdan az və 6 saatdan çox yatan insanlar zamanla koqnitiv funksiyaların daha çox azalma riskinə məruz qalıb.

Meditasiyalar

Kodi həmçinin müntəzəm meditasiya (düşünmək, xəyala dalmaq) praktikasından da yan keçməməyi tövsiyə edir.

O, iddia edir ki, "bu, beyini qorumağın ən sadə üsuludur", həmçinin əlavə edir ki, "meditasiya ağlı sakitləşdirir, həyəcanı və depressiyanı azaldır".

Koqnitiv faydanı görmək və bütövlükdə həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ekspert gündə 10 dəqiqədən az olmayaraq meditasiyaya həsr etməyi məsləhət görür.

Alkoqol

Neyrobioloq xatırladıb ki, heç vaxt spirtli içkilərdən sui-istifadə etməz, çünki "alkoqol beyni birbaşa alovlandırır və istismar edir. Onun sözləri 30 illik tədqiqatla təsdiqini tapır.

Bu tədqiqatın nəticəsində orta yaşlı 550 britaniyalılarının beyni öyrənilib. O zaman müəyyən edilib ki, daha çox alkoqol istifadə edənlər daha çox beyin quruluşunun "hippokamp" adlanan degenerasiyası riskinə məruz qalıb, bu da hafizə funksiyası və məkan yönləndirməsinə təsir göstərib.

İdman

Kodi həmçinin deyib ki, "mən heç vaxt özümü o qədər məşğul etmərəm ki, məşqlərdən imtina edəm. O, izah edib ki, gündəlik məşğələlər uzunmüddətli koqnitiv sağlamlıq üçün zəruridir, axı, onlar şüurun qarışıqlığını və ya "beyin dumanını" azaldır, neyroplastikliyi, yəni təlim qabiliyyətini artırır.

Bundan başqa, alimlər sübut edib ki, idmanla məğul olan insanlar məşğul olmayanlara nisbətətən daha xoşbəxtdir, stresə və narahatlığa az məruz qalır.

Qətiyyət

Əgər ekspertin ilk 4 tövsiyəsi əksəriyyətinizdə təəccüb doğurmadısa, onun 5-ci məsləhəti həqiqətən də qeyri-adi səslənir.

Kodi insanlara daha cəsarətli olmağa və özünü cilovlamaq kimi qətiyyətsizliyə yol verməməyə çağırış edib.

"Bizim beynimiz elə qurulub ki, qərarlar qəbul etməyi və nələrisə ucra etməyi bacaraq, - biz öz səhvlərimdən öyrənirik, - o, izah edib və əlavə edib ki, hərəkət, dəyərləndirmə və korrektə etmək kimi proseslər beynin yalnız ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.