İş gününün ortasında yorğunluq: Bu məhsullar enerjinizi bərpa etməyə kömək edəcək...

İş gününün ortasında yorğunluq: Bu məhsullar enerjinizi bərpa etməyə kömək edəcək...

25 Sentyabr 2022 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

İşin və ya təlimin ortasında gücdən düşdüyünüzü hiss edirsiniz, bu zaman oyanmağa və ya qəlyanaltı etməyə imkanınız yoxdur?

Biz bu asan olmayan vəziyyətdə sizi xilas edəcək ən azı 5 faydalı məhsul barədə məlumatlıyıq.

Bizim əlavə enerjiyə ehtiyacımız olanda, ən təhlükəsiz variant hər hansı qəlyanaltı etmək üçün tərkibində zülal, selüloza və ya bonus məqsədilə, məsələn, Omeqa-3 və ya kalium olan məhsulu seçməkdir.

Oxuməni.az xəbər verir ki, bu barədə "Walla" nəşri yazıb.

Bu maddələr qanda şəkərin miqdarının kəskin dəyişməsinin qarşısının alınmasına kömək edəcək.

Çoxları bilmir ki, bizim qəflətən yorğunluq və zəiflik hiss etməyimizin səbəbi məhz bunlardır

Gəlin, görək, hansı məhsullar güc ehtiyatımızı doldurmağa və axşamadək gümrah qalmağa imkan verir.

Batat (şirin kartof)

Şirin kartof mürəkkəb karbohidratların və selülozanın gözəl mənbəyi hesab edilir.

Hər iki komponent orqanizm tərəfindən mənimsənilərək, beləliklə, sadə karbohidratlarla müqayisədə uzun müddət toxluq və enerji hissini təmin edir.

Batatın tərkibində olan daha bir inqridiyent B5 və B6 vitaminləridir, onlar qidanı enerjiyə çevirməyə kömək edir. Axı, sübut edilib ki, B qrup vitamin qıtlığı olan insanlar yorğunluqdan şikayət edir.

Yumurta

Bir yumurtada faydalı yağlar, həmçinin təxminən 6 qram uzunmüddətli enerji mənbəyi olan zülal var.

Bu ona görə belədir ki, onun parçalanmasına karbohirdatlarla müqayisədə orqanizmə daha çox zaman tələb edilir.

Bundan başqa, zülalın parçalanması prosesi qanda şəkərin miqdarına təsir etmir, deməli, biz qəflətən gücümüzün azalmasını hiss etməyəcəyik.

Həmçinin enerjinin səviyyəsinin artmasında yumurtada olan B12 vitamini mühüm rol oynayır, onu xüsusilə səhər yeməyində tövsiyə edilir.

Portağal

Bir portağalda ən azı 4 qram selüloza, həmçinin çox güclü antioksidant hesab edilən C vitamininin 100 faiz sutkalıq norması var.

Bu maddələr orqanizmdə iltihabi proseslərlə mübarizə aparır, hüceyrələrin zədələnməsinin və eroziyasının qarşısını alır, həmçinin yorğunluq hissini yüngülləşdirir.

Məsələn, bir çoxlarımız üçün portağal təzə sıxılmış şirə ilə assosiasiya edilir.

Lakin ekspertlər bu qənaətə gəlib ki, bu sitrus meyvəni bütöv qəbul etdikdə, onun tərkibində olan vitaminlər, minerallar və qida liflərinin hamısını almaq mümkündür.

Balıq

Energi yükü almaq üçün tərkibində iltihabəleyhinə və antioksidant xassələrinə malik Omeqa-3 maddəsi olan istənilən balıq (qızılbalıq, skumbriya, siyənək və başqaları) uyğundur.

Qida rasionumuzda bu komponetlərin olması diqqətimizi cəmləşdirməyə və düşünmək qabiliyyətimizi saxlamağa kömək edir.

Amma Omeqa-3 qıtlığı olan insanlar zəiflikdən və dağınıqlıqdan şikayət edirlər.

Banan

Bananı enerjinin saxlanılmasının effektiv vasitə saymaq olar, onların orqanizmə təsir gücü enerji içkilərilə müqayisə edilə bilər.

Bu, onunla bağlıdır ki, banan selüloza, B6 vitamini və kaliumla zəngindir, kalium isə enerji istehsalı prosesində iştirak edən və orqanizmdə mayenin miqdarını qoruyub saxlayan və bununla da gün ərzində gümrahlığı saxlamağa kömək edən mineraldır.

Üstəlik, bananın tərkibində olan maddələr fiziki yükdən sonra zəifliyin və qıcolmaların qarşısını almağa kömək edir, bu da onu nəinki iş vaxtının ortasında, həm də məşqlərdən sonra ideal qəlyanaltı edir.