Buzların əriməsi nəticəsində dəniz səviyyəsi qalxacaq

Buzların əriməsi nəticəsində dəniz səviyyəsi qalxacaq

2 Oktyabr 2022 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Peyk məlumatları Qrenlandiyanın buzlaqlarının əriməsi ilə dəniz səviyyəsinin yüksələcəyini proqnozlaşdıran iqlim modellərini təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Los Alamos Milli Laboratoriyasının alimlərinin bəyanatında yer alıb.

Laboratoriyanın aparıcı mütəxəssisi Sofi Koulsonun fikrincə, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qeyri-bərabər yüksəlir.

Belə ki, hər bir buzlaq və buz təbəqəsi barmaq izləri adlanan dəniz səviyyəsinin dəyişməsinin unikal modelinin bir hissəsidir. Yarım əsrdən çox araşdırmaya baxmayaraq, bu izlər heç vaxt dəqiqliklə müəyyən edilməyib.

Yeni tədqiqat dəniz səviyyəsinin dəyişməsi ilə bağlı geofiziki proqnozların düzgünlüyünü təsdiq edir və növbəti onilliklər və əsrlər ərzində dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlara inamı artırır.