Duzlu yemək 30 dəqiqə ərzində damarları daraldır - Təhlükə

Duzlu yemək 30 dəqiqə ərzində damarları daraldır - Təhlükə

9 Oktyabr 2022 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Duzlu qidalar yeyildikdən 30 dəqiqə sonra damarları yığıb daralmasına səbəb olur.

Oxuməni.az xəbər verir ki, kardioloq Oleq Varfolomeyev yeməyi çox duzlamağın fəsadlarından danışıb.

"Tədqiqatlar göstərib ki, duz yeyildikdən dərhal sonra ürək-damardaciddi problem yaradır.

Yeməkdən sonra duzun damarların endotelinin funksiyasına təsiri öyrənilib.

Nəticələr göstərib ki, duzlu yeməklərdən sonra damarların vəziyyəti yaxşı olmur.

Onlar damarların genişlənmə və qanı yaxşı qovmaq funksiyasını azaldır.

Bu da təzyiqin yüksəlməsinə, nəticədə infarkt, insult riskinin artmasına səbəb olur.

Ona görə də yeməyə əlavə duz səpməyin".

Bu əlamətlər duzu həddən artıq çox istifadə etdiyinizi göstərir:

- Döş qəfəsində ağrı

- Bütün bədəndə ağrı

- Zəiflik hissi

- Təngnəfəslik

- Təzyiqin oynaması

Medicina.az