8 yaşlı uşaq zəhərli kobranı dişləyərək öldürdü

8 yaşlı uşaq zəhərli kobranı dişləyərək öldürdü

7 Noyabr 2022 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Çhattisqarh əyalətinin Caşpur rayonunda yaşayan 8 yaşlı Dipak adlı uşaq evinin bağçasında oynayarkən qoluna ilişən zəhərli kobranı dişləyib.

Oxuməni.az xəbər verir ki, “The New Indian Express”ə danışan Dipak ilanın əlinə dolaşaraq onu dişlədiyini və incitdiyini deyib.

Bundan sonra Dipak özü ilanı iki dəfə dişləyib. Uşaq hadisənin qəfil baş verdiyini bildirib.

Dipak xəstəxanada müalicə olunarq evə buraxılıb.

“Dipakda heç bir simptom özünü göstərmədi və quru dişləmədən tez sağaldı, lakin heç bir zəhər çıxmadı. Bu növ ilan sancmaları ağrılıdır və yalnız dişləmə yerində yerli simptomlar ola bilər”, - mütəxəssis Qaiser Hussain bildirib.