Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

13 Noyabr 2022 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Yüksək dərəcəli termiki işlənmədən keçmiş, emal olunmuş hazır qidalar erkən ölümü artırır.

Oxuməni.az xəbər verir ki, San - Paulo Universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini elan ediblər. Braziliyada 2019-cu ildə 30-60 yaş arası ölümlərin 57 mini emal olunmuş qidaların qəbulu ilə bağlı olub.

Bu hər il ölənlərin 10-12%-i deməkdir. Bu qidalar ürək-daçar, diabet, piylənmə, qaraciyər, böyrək xəstəliklərinə səbəb olur.

Ultra emaldan keçən qidalarda süni əlavələr olur. Bunlara tez hazır olan lapşa, şorbalar, hot-doq, pizza, vetçina, çörək, tort, pirojna, peçenye, qazlı içkilər aiddir.

Alimlər bununla bağlı digər araşdırmanı da təhlil ediblər. Belə qidaları yeməyənlərdə erkən ölüm statistikası necədir. Məlum olub ki, emal olunmuş qidalar yeməyənlər 60-70 yaşa daha çox çatıb.

Hesablamalara görə, Braziliyanın əhalisinin 4-də biri gündəlik qidasının 50%-ni yüksək emal edilmiş qidalardan alır. Əgər insanlar bu göstəricini 20%-ə endirsə, o zaman ildə erkən ölənlərin sayı 20 min nəfər azalardı.Bakupost.az