Tarix yeni işıqda, yeni formatda

Tarix yeni işıqda, yeni formatda

20 Noyabr 2022 08:37
Bəyəndim (17) Bəyənmədim (0)

Son illərdə insanlarda kitab oxumaq vərdişləri günü-gündən azalmaqdadır. İnsanlar daha çox informasiyanı vizual izləməklə əldə edirlər. Oxuməni.az xəbər verir ki, bu da izləyicilərə daha az vaxta qənaət etməklə, daha çox bilik qazandırır.

Bu sahədə bir çox elektron kitabxanalar yaradılmışdır. Bu gün Sizlərə 2009-cu ildə yaradılmış “Archives Unbound” proqramı haqqında məlumat verəcəyəm. Bu proqram çərşivəsində 230-dan çox elektron vizual kitab nəşr edilmişdir. Proqramın kökləri mikrofilmdədir və ciddi tədqiqatlarla məşğul olan alimlər üçün maraq doğuran məqsədyönlü kolleksiyaları təqdim edir.

“Archive Unbound” kataloqunun xüsusi güclü tərəfləri arasında ABŞ-ın xarici siyasəti; ABŞ vətəndaş hüquqları; qlobal işlər və müstəmləkəçilik araşdırmaları; və müasir tarix kimi mövzular geniş yer alaraq aşağıdakı qruplara daxildir:

Afrikalı Amerika tədqiqatları; Amerika hindu araşdırmaları; Asiya tədqiqatları; Britaniya tarixi; Holokost tədqiqatları; LGBT tədqiqatları; Latın Amerikası və Karib hövzəsi tədqiqatları; Yaxın Şərq tədqiqatları; Siyasi elmi dərslər; Dini dərslər; və digər tədqiqatlar.” Archives Unbound” proqramının ümumi həcmi 12 milyon səhifədə olan 290.000-dən çox sənəddən ibarətdir. Kolleksiyadakı fərdi başlıqlar 1200-200000 səhifə arasında dəyişir. Gələn il bu proqrama 1,1 milyon səhifədən çox olan 32 yeni kolleksiya əlavə edəcəyik. Əgər bu proqram məlumatları haqqıda daha geniş məlumat almaq istəyirsinizsə, illik abunə haqqını ödəməklə öz təhqiqatlarınızı genişləndirə bilərsiniz.

Murad Şahməmmədov