Piknikə gedərkən nə etməliyik?

Piknikə gedərkən nə etməliyik?

21 Noyabr 2022 12:19
Bəyəndim (20) Bəyənmədim (0)

Maraqlananlar üçün piknik zövqünüzü iki qat artıracaq məsləhətlərimiz var.

Gərgin iş həyatından, nəqliyyatdan və şəhərdən uzaqlaşıb təbiət qoynunda istirahət etmək istəyənlər üçün qış aylarında da piknik mümkündür. Çox soyuq havalar başlamazdan əvvəl ailəniz və dostlarınızla gözəl piknik etməyə nə deyirsiniz? Uşaqların ora-bura qaçdığı, böyüklərin isə manqal edib xoş söhbətlər etdiyi piknik üçün səbətinizə nə qoyacağınızı bilirsinizmi? Bəzi yeməklər sayəsində piknik daha zövqlü və unudulmaz keçəcəyini demədən keçə bilmərik. Piknikə gedərkən hazırlığınız:

Piknik səbətində nə olmalıdır?

Yeməklərə keçməzdən əvvəl piknik səbətinizə nə qoymağınız lazım olduğunu xatırlatmaqda fayda var. İnsanların sayına uyğun olaraq boşqabları, stəkanları, bıçaqları, salfetləri unutmadan səbətləri doldurun. Bundan başqa süfrələr, uşaqlar üçün ehtiyat paltarlar, termos, isti-soyuq su qoyulması lazım olan şeylər sırasındadır. Əgər samovarınız varsa mütləq götürün. Pikniki əyləncəli etmək istəyənlər üçün top və səs gücləndirici qoymağı tövsiyə edirik. Əsas kömür, hazır odun və manqalı götürməyi unutmayın. Piknikdə sağlam qidalanmaq və çəkisinə fikir vermək istəyənlərə ilk tövsiyəmiz tərəvəz qarışığıdır. Evdən çıxmazdan əvvəl qısa müddətə hazırlaya biləcəyiniz qarışıq tərəvəz və əvvəlcədən basdırılmış ət götürsəniz çox yaxşı olar. Əgər dəqiq piknikə getmək qərarına gəlmisinizsə onda evdən sübh tezdən çıxımağınız məsləhətdir. Ən əsası isə istirahətə gedərkən yol yoldaşlarınızı düzgün seçmənizdir.

Murad Şahməmmədov