Pis qoxu səbəbindən ərindən ayrıldı

Pis qoxu səbəbindən ərindən ayrıldı

29 Noyabr 2022 13:58
Bəyəndim (512) Bəyənmədim (0)

Xoşbəxt və sağlam evliliyi uçruma sürükləyən səbəblərdən biri də şəxsi qulluq və gigiyena məsələsidir. Bir çox evli xanım və bəylər təmizliyə düzgün riayət olunmamasına görə problemlər yaşayırlar. Bəziləri hətta buna görə münasibətləri bitirirlər. Bu gün Sizlərə adının gizli saxlanmasını istəyən, bu problem üzündən həyat yoldaşına boşanma iddası qaldıran bir xanımın məkəmə işi haqqında danışacağam. Yoldaşının bədən qoxularından narahat olan, buna görə ayrılan, sevdiyi insan üzülməsin deyə bu problemi dilə gətirə bilməyən, bu xanımın ifadələri və məhkəmə işi ilə siz də tanış olun.

Araşdırmam nəticəsində məlum oldu ki, açılan boşanma işində kişinin tər qoxusu günah kimi sayılıb və məhkəmə xanımın iddiasını təmin edib. Məhkəmə qərarında qeyd olunub ki, qadın ərinin nikahla bağlı üzərinə düşən vəzifəsini yerinə yetirmədiyini, xəsislik dərəcəsinə qədər qənaətcil olduğunu, bədən təmizliyinə fikir vermədiyini, tər iyi gəldiyini iddia edərək boşanma ərizəsi verib. Bütün toplanmış sübutlar nəticəsində məhkəmə qeyd edib ki, xanımın həyat yoldaşının pis vərdişləri, gigiyena qaydalarına düzgün əməl etməməsi, kobud davranışları bu evliliyə çox böyük zərbə vurub və cütlüyün boşanmasına qədər gətirib çıxardıb. Məhkəmə də elə bunu əsas götürərək xanımın iddiasını təmin edib. Nəzərinizə çatdırım ki, bu ailə məsələsi olduğu üçün daha geniş formada yazmağım məqsədəuyğun deyil.

Yekun olaraq deyə bilərəm ki, bir çox ailələrdə oxşar problemlər var, lakin heç də hamı bu vəziyyəti dilə gətirməyə cəsarət etmir. Həyat yoldaşını sevən, onu incitməmək üçün bu vəziyyətə dözmək məcburiyyətində qalan qadın və kişilər kifayət qədərdir. Gəlin ailəmizi və sağlamlığımızı qorumaq üçün gigiyena qaydalarına xüsusi diqqət yetirək.

Murad Şahməmmədov