Avtomobilinizə düzgün qulluq edin ki, yolda qalmayasınız

Avtomobilinizə düzgün qulluq edin ki, yolda qalmayasınız

30 Noyabr 2022 12:15
Bəyəndim (7) Bəyənmədim (0)

Artıq bir neçə gündür hava şəraitinin kəskin soyuması bizə işarə edir ki, deyəsən bu il qış fəsli əvvəlki illərlə müqaisədə nisbətən soyuq keçəcək. Belə havalara hazırlıq məqsədi ilə avtomobilimizin sazlığına diqqət yetirməliyik ki, soyuqda yollarda qalmayaq. Ən geci payızın ortalarından başlayaraq avtomobilimizi qış mövsümü üçün hazır vəziyyətə gətirməliyik. Bəzi regionlarımızda havanın tez və ya gec soyuduğu nəzərə alsaq bu halda, yaşadığınız bölgənin iqliminə uyğun olaraq bu işi tənzimləyə bilərsiniz. Bakı şəhərində yaşayan sürücülərimiz ən uzağı dekabr ayından etibarən qış təkərlərini quraşdırmalıdırlar. Həmçinin yağış, qar və buzlanma şəraitində avtomobilinizin idarəetmə performansını yaxşılaşdırmaq məqsədilə qış təkərlərinin sazlığına xüsusi diqqət yetirməlisiniz. Qış təkərlərinin təkcə yağış, qar yağanda deyil, həm də hava temperaturunun 7 dərəcədən aşağı düşdüyü halda belə sürüşmədiyinə tam əmin olmalısınız. Əlavə olaraq bildirim ki, qarlı havalarda baqajda mütləq qar zəncirləri olmalıdır. Təkərlərin sazlığı qədər vacib olan radiator sistemindəki suyun donmasının qarşısını almaq üçün istifadə edilən antifrizdir. Antifrizi dəyşən zaman su əvəzinə nəqliyyat vasitələri üçün istehsal olunan xüsusi mayelərdən istifadə etməlisiniz. Şaxtalı havalarda pəncərələrdə donmaların qarşısını almaq üçün yuyucu antifrizlərdən istifadə etməniz də məqsədəuyğundur. Bütün bu sadaladığım işlərlə yanaşı diqqət yetirməniz olan avtomabilinizin akummulaytorunun enerji tutumudur. Əgər akummulaytorda enerji tutumu düzgün olmasa, soyuqda maşını ilə salmaq Sizin üçün çox çətin olacaq. Nəticədə bütün iş qrafikiniz pozulacaq və qış fəslinin bir o qədər də gözəl olmadığını düşünəcəksiniz. Vaxtında avtomobilinizə düzgün qulluq edin ki, qışın gözəlliklərindən məhrum olmayasınız.

Murad Şahməmmədov