Qazla əyləcin yerini qarışdırıb, maşını ağaca çırpdı

Qazla əyləcin yerini qarışdırıb, maşını ağaca çırpdı

6 Dekabr 2022 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türk sənətçisi Güllü uzun fasilədən sonra sözləri və musiqisi Yıldız Tilbenin imzası olan "Unumazsan Beni" mahnısını Musicom Production etiketi ilə pərəstişkarlarının zövqünə təqdim edib. Harun Savaş Aksoylu və Fatih Aksoylu prodüserlik etdiyi mahnı bütün rəqəmsal platformalarda yayımlanıb. Güllü uzun fasilədən sonra pərəstişkarlarına təqdim etdiyi mahnısına İstanbul Etilerdə klip çəkdirib. Ssenari üzrə ağaca çırpılmalı olan Güllünün qazı və əyləci qarışdırması ilə hadisə baş verib. Ağaca çırpılan Güllü bir az çaxnaşma və sürpriz yaşayıb. Qəzadan xəsarət almadan sağ çıxan sənətçi vəziyyəti dəyərləndirərək, "İstəsəydim, bu qədər real olmazdı" deyə bildirib.

Murad Şahməmmədov