Bəziləri sürətli inkişafla ayaqlaşa bilmirlər
Yeni texnologiyalar və innovasiyalar haqqında nə qədər məlumatlısınız?
Bu sualıma aydınlıq gətirmək üçün son zamanlarda dünyada olduğu kumi, ölkəmizdə də sürətlə inkişaf edən yeni texnologiyalar və innovasiyalar haqqında müşahidələrimi Sizlərlə bölüşmək qərarına gəldim. Əksəriyyətimiz təzə icad edilən ən son texnologiya haqqında nəsə eşidəndə dərhal yenilik haqqında düşünürük. “İnnovasiyanın inkişafı” tez-tez eşitdiyimiz bir termin olsa da, təəssüf ki, bir çoxumuz hələ də onun mənasını bilmirik. Bəziləri bunu ixtira, bəziləri isə yenilik adlandırır. Əslində isə, hazır məlumatıları və ya ideyanı daha faydalı və səmərəli edə bilmək, onu fərqli formatlarda texnologiyanın köməyi ilə yeniləyib transformasiya etmək özü bir yenilikdir. Yaşadığımız əsrdə texnologiyadan asılı olmadan yenilikdən danışmaq qeyri-mümkündür. İnnovasiya dedikdə həmçinin tədqiqat və inkişaf, tələb və ehtiyacların qarşılanması, öyrənmə və dəyər yaratmaq kimi çox geniş sahələrdən söz aça bilərik.
Texnologiya isə bütün bu sahələrdə arxa planda innovasiyaları dəstəkləyir. Ən əsası, məlumat əldə etmək üçün rahatlıq və vaxt təmin edir. İnsanlar arasındakı ünsiyyəti asanlaşdırarkən onları bir-birinə daha da yaxınlaşdırır. Yeni texnoloji inkişaflar insanların yaşayış yerlərinin və iş mühitinin yaxşılaşdırılmasına sürətlə kömək edir. Texnologiyanın inkişafı həm də insanların iş yükünün yüngülləşdirilməsində olduqca çox təsirli olur.
İnnovasiyaya və yeni texnologiyaya önəm verməyən bəzi şirkətlər sürətli inkişafla ayaqlaşa bilmədiklərinə və yeni çeşid məhsullar yaratmadıqlarına görə uzun müddət tab gətirə bilmirlər. Nəticədə iflas edirlər. Siz də bu gün əldə etdiyiniz uğurları inkişaf etdirmək istəyirsinizsə, mütləq şəkildə yeni texnologiyalar və innovasiyalardan yararlanmalısınız.
Murad Şahməmmədov






















































.jpg)
.jpg)
.jpg)







































