Hamı təsadüfən tapılan bu xəzinədən danışır
Hələ keçən ilin dekabr ayında Romalılara məxsus olan və İsrailli tədqiqatçılar tərəfindən tapılan xəzinə bu gün də dəqiq dəyəri açıqlanmadığı üçün gündəm olaraq qalmaqdadır.
Oxuməni.az xəbər verir ki, hamı hələ də dənizin altındakı 1700 illik xəzinədən danışır. Məlumat üçün bildirək ki, İsrailli tədqiqatçılar heyrətamiz Roma xəzinəsini aşkar etmişdilər. Xəzinədə bir çox qiymətli əşyalarla yanaşı, qızıl sikkələr, Məmlüklər dövrünə aid qiymətli daşlar və ən diqqət çəkəni üzərində yaşıl böyük daş olan səkkizguşəli üzük olmuşdur. Rəvayətə görə, İsanı sevən bir çoban, sürüsünün qayğısına qalan və ehtiyacı olanlara köməklik edən kimi təsvir edilən erkən xristian simvolizminə aid olduğu bildirilən üzük çox nadir tapıntıdır. Üçüncü əsrdə Xristianlığın ən erkən mərkəzlərindən biri olan limanın etnik və dini baxımdan zəngin təbiətini nəzərə alsaq, güman edilir ki, üzük, ehtimal ki, Qeysəriyyədə və ya onun ətrafında fəaliyyət göstərən Romalılara məxsus olub.
Oxumeni.az






















































.jpg)
.jpg)
.jpg)







































