Əsl balın möcüzələri haqqında

Əsl balın möcüzələri haqqında

19 Dekabr 2022 12:46
Bəyəndim (10) Bəyənmədim (2)

Bu gün Sizlərə Balın faydaları haqqında mütəxəssis araşdırmalarından danışmaq istəyirəm. Bu nemətin faydaları haqqında zaman-zaman yaxşı mənəda çox şeylər yazılıb. Həkimlərimiz təmiz balın orqanizm üçün həmişə faydalı olmasından bəhs etsələr də, insanların çoxu balın faydaları barədə az məlumatlıdırlar. Ən çox bildiyimiz isə el arasında dədə-babadan qalan bir resept var ki, orada təmiz bala qoz, fındıq, badam, boranı və ərik tumunun ləpələrini qarışdırmaqla hazırlanması göstərilir. Əslində bu qarışıqdan qan azlığından əziyyət çəkən xəstələr və cinsi aktivliyi artırmaq üçün kişilər daha çox istifadə edirlər. Bal haqqında olan təsəvvürlərinizi artırmaq məqsəd ilə mütəxəssislərin ən yaxşı bildikləri səkkiz faydanı olduğu kimi nəzərinizə çatdırıram:

1. Bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır. Zərərli toksinlər bədəni tərk edəndə mədə-bağırsaq traktının və dərinin vəziyyəti yaxşılaşır. Balın bununla bağlı faydaları zamanla və bir çox klinik tədqiqatlarla sınanıb.

2. Arıqlamağa kömək edir. Hər kəs bilir ki, pəhriz saxlayarkən şirniyyat yeməkdən imtina etmək lazımdır. Kekslər, projnalar, şəkər və digər şirniyyatlar keçmişdə qalmalıdır. Bəs şirin bir şey istəyəndə nə etmək olar?

Bal bu baxımdan ideal bir məhsuldur, çünki maddələr mübadiləsini sürətləndirir və çəkini azaltmağa kömək edir. Ən əsası - balda çox az kalori var, buna görə adi qorxu olmadan qəbul edilə bilər.

3. Xolesterolu normallaşdırır. Balda xolesterol yoxdur, üstəlik tərkibində onun səviyyəsini aşağı salan müxtəlif vitaminlər və elementlər tapa bilərsiniz. Bir ay ərzində balın müntəzəm qəbulu bədəndəki sərbəst radikalların səviyyəsini azaldır.

4. Yaddaşı yaxşılaşdırır. Balın streslə mübarizə edə biləcəyi çoxdan sübut edilib, bədənin antioksidant müdafiəsini bərpa edir və hətta yaddaşı yaxşılaşdırır. Balda kalsium da var, beyin tərəfindən asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Balın istifadəsinin əhəmiyyətli nəticələri təxminən 2-3 ildən sonra görünə bilər.

5. Ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir. Balın ürək problemləri olanlar üçün çox faydaları var. Heç bir problem olmasa belə, ürək xəstəliklərinin profilaktikası kimi qəbul edilə bilər.

6. Yuxunu gücləndirir. Mütəxəssislər yatmazdan əvvəl bir qaşıq bal yeməyi məsləhət görürlər. Balın bir hissəsi olan təbii şəkər serotoninin ifrazını artırır. Serotonin daha sürətli yuxuya getməyə kömək edir və daha keyfiyyətli yuxuya cavabdeh bir hormondur. Yuxunun faydaları təxminən 1 gündən sonra görünə bilər.

7. Mədə ağrılarına faydalıdır. İndiki dünyada insanların çoxu daim təhlükəli və zərərli qidalardan istifadə edərək düzgün qidalanmağı unudurlar. Narahat, boş mədəni bir qaşıq bal ilə nizamlamaq olar. Bundan başqa, bal müxtəlif bakteriyaları öldürən və hətta yaraları sağaldan güclü bir antiseptikdir. Acqarına bal istifadəsi daha faydalı sayılır. Yeməkdən sonra yeyilən balın elə bir faydası olmur.

8. Sinir gərginliyini azaldır. Bir çox insanlar hesab edə bilər ki, bal möcüzə deyil. Ancaq bir çox mütəxəssis qeyd edir ki, baldan istifadə əsəbləri sakitləşdirir və yorğun adamlara kömək edir. Bu, onun tərkibində olan təbii qlükoza ilə əlaqədardır. Təbii qlüzoka neyronlara müsbət təsir göstərir və qan dövranını sürətləndirir.

Oxuduğumuz mütəxəssis rəylərinə əsaslanaraq, deyə bilərik ki, bal doğurdan da Allahın insana göndərdiyi ən böyük möcüzəvi nemətlərdən biridir. Ancaq əfsuslar olsun ki, bəzi işbazlar bu halal nemətə haram qataraq özlərini və insanları aldadaraq zəhmətsiz gəlir əldə etməyə çalışırlar. Çoxları bal alarkən həmişə belə sual edirlər ki, “Sən Allah bu bal təmizdir”. Doğurdan da əsl balın təmizliyini arıçı və Allah bilir. Ona görə də bal aldığınız arıçını şəxsən tanımağınız məqsədəuyğundur.

Murad Şahməmmədov