Hündürdaban ayaqqabılardan daha rahat istifadə yolları

Hündürdaban ayaqqabılardan daha rahat istifadə yolları

21 Dekabr 2022 11:49
Bəyəndim (14) Bəyənmədim (0)

Hündürdaban ayyaqqabılar müasir dövrümüzün işgəncə alətlərindən biridir desək yanılmarıq. Amma işgəncə də olsa bəzi günlər var ki, geyinməyə məcbur qalırsınız. Belə ayaqqabılarda daha rahat addımlar ata bilməniz üçün bir neçə nüansa diqqət etsəniz kifayətdir. Çoxlarınız hündürdaban ayaqqabıları sevirsiniz, ancaq narahat olduqları üçün həmişə onlardan qaçırsınız. Bu hal normal qəbulediləndir. Mütəxəssislər bildirir ki, təzə alınan hündürdaban ayaqqabılar heç vaxt qutudan çıxarkən rahat olmur. Geyinmək üçün əvvəlcə bir az masaj şəklində ovaraq, yumşaltmaq lazımdır. Əgər ayaqqabı xüsusi bir gün üçün alınmışdırsa, onda bir neçə gün əvvəl mütləq evdə qısa gəzintilər edilməlidir. Nəticədə Siz ayaqlarınızıla ayaqqabılarınızın açılmasına kömək etmiş olacaq, həm də onlarla gəzərkən özünüzü daha təhlükəsiz və rahat hiss edəcəksiniz. Ayaqlar şişməyə çox meylli olduğu üçün hündürdaban ayaqqabı alarkən onun daban formasına diqqət yetirmək çox önəmlidir. Daban nə qədər geniş olsa, addımınız da bir o qədər asan və rahat olar. Əlavə olaraq belə ayyaqqabılar üçün mütləq gel yastıqları alınmalıdır. Yaxşı olar ki, bu tip ayyaqqabıları alarkən mütləq şəkildə bir ölçü böyük götürəsiniz ki, gel yastıqları taxıldığında ayağınızı sıxmasın. Ayaqqabıların içərisində düzgün yerlərə yerləşdirilən gel yastıqları Sizə bu işdə çox kömək edəcək. Sağlam yaşamaq üçün ayaqqabılardan istifadə edərkən, məsləhətlərə düzgün əməl edin ki, daim özünüzü gümrah hiss edə biləsiniz.

Murad Şahməmmədov