Xəbəri olmadan yarıçılpaq
vəziyyətdə 
canlı bağlantıda görüntüləri yayımlanıb

Xəbəri olmadan yarıçılpaq vəziyyətdə canlı bağlantıda görüntüləri yayımlanıb

16 Yanvar 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da Metyu Heinz adlı yerli siyasətçi səlahiyyətlilərlə keçirdiyi rəsmi videokonfrans zamanı qəfildən kadra yarıçılpaq bir adam daxil olduqdan sonra kameranı tələsik söndürüb. Gey olduğu bilinən Heinz daha sonra verdiyi açıqlamada sözügedən şəxsin sevgilisi deyil, yaxın dostu olduğunu bildirib. ABŞ-ın Arizona ştatının Tuskon şəhərində videokonfrans vasitəsilə keçirilən Yerli Komitənin İcraiyyə Şurasının iclasında maraqlı anlar yaşanıb. İclasda iştirak edən həm də həkim olan İcraiyyə Komitəsinin üzvü Metyu Haynzın arxasında birdən yarıçılpaq gənc peyda olub. Rəsmi görüşə Karib dənizindəki kruizdən qoşulan Haynz çimərlik paltarında olan sevgilisi kadrda görünəndə şoka düşüb. Əvvəlcə danışa bilməyən Hayns kameranı söndürüb. Konfransa yenidən qoşulan Hayns videodakı şəxsin onun sevgilisi deyil, yaxın dostu olduğunu və birlikdə tətilə getdiklərini bildirib. Heinz dostunun ona deyildiyi kimi 18 yaşından kiçik deyil, 24 yaşında olduğunu bildirib.

Oxumeni.az