Atası ilə birlikdə xəstə itinə təkərli araba hazırlayıb

Atası ilə birlikdə xəstə itinə təkərli araba hazırlayıb

17 Yanvar 2023 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşayan Nihan İşıq yeriməkdə çətinlik çəkən xəstə iti Çakıl üçün atası ilə birlikdə təkərli araba hazırlayıb. Hər yerə birlikdə gedən iki dostu küçələrdə gülərüzlə qarşılayırlar.

Onların yolları 14 il əvvəl kəsişib. Valideyinləri Nihanın evdə onlardan gizli saxlamağa başladığı golden retriever itini bəyənməsələr də, bu gün hamı onu ailənin bir üzvü kimi görür. İllərin yorğunluğu bu gün Çakıla çətin anlar yaşatsa da, Nihan və ailəsi sevimli dostlarının yanında olmağa davam edir. 14 yaş yarımlıq Çakıl ürək və qaraciyər xəstəliyindən əziyyət çəkir. Bunun üzərinə Çakılla bir də revmatizm diaqnozu əlavə olundu və o, bir neçə addımdan sonra yeriyə bilmədi. Çakılın küçələrdə dolaşmasını istəyən Nihan atası ilə birlikdə təkərli araba hazırlayıb. Bir ilə yaxındır ki, sevimli rəfiqəsini bu araba ilə şəhər ətrafında gəzdirən Nihan küçələrdə təbəssümlə qarşılanan simaya çevrilib. “Ən çox da buna uşaqlar maraq göstərir. Bəziləri çox təəccüblənir. Küçədə gözləyənlər var. Artıq bu məhəllədə hamı öyrəşib”. deyə Nihan bildirib. Çakılla demək olar ki, hər yerə birlikdə getdiyini bildirən Nihan əvvəlcə çətin olsa da, indi bu vəziyyətə öyrəşdiyini bildirir. Nihanın Çakılla çətinlik çəkdiyi yeganə vaxt səhhətinin təhlükədə olduğu vaxtdır. Müəyyən yaşa çatmasına baxmayaraq hələ də gələcəklə bağlı planları olan Nihan, “Hətta bu yaşda olsam da, bir gün onunla ayrılmalı olacağım fikrini qəbul edə bilmirəm” deyə sözlərinə əlavə edib.

Murad Şahməmmədov