Qorxulu varlıq görənləri şoka salıb

Qorxulu varlıq görənləri şoka salıb

25 Yanvar 2023 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ki, bütün dünyada insanların çoxu bu dəhşətli hadisədən danışır. Meksikanın San-Nikolas de los Qarsa şəhərində görünməmiş hadisə baş verib. Hernandez Blankhaa adlı qadın kiçik qızının parkda oynadığı anları sosial media hesabında paylaşıb. Lakin videodakı detal görənləri təəccübləndirib. Blankhaa hər dəfə görüntülərə baxanda titrədiyini bildirsə də, həmin anların videosundakı qəribə varlıq sosial mediada çoxlu müzakirələrə səbəb olub. Budur, Sizə yuxarıda həmin videodan "print screen" edilmiş fotonu təqdim edirik. Bu gün də sosial media bu görüntüdən danışır və insanlar bunun necə baş verdiyini anlaya bilmirlər. Hernandez Blankhaa parka apardığı kiçik qızının əyləncəli anlarını əbədiləşdirmək istəyib və bu görüntüləri sosial media hesabında paylaşıb. Lakin bu fotoya diqqətlə baxanda balaca qızın arxasında peyda olan qorxulu cisim görənləri qorxuya salıb.

Murad Şahməmmədov