Yaxşı yatmaq üçün bir neçə qaydaya əməl etməlisiniz

Yaxşı yatmaq üçün bir neçə qaydaya əməl etməlisiniz

1 Fevral 2023 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Həkimlər məsləhət görür ki, yaxşı yatmaq üçün bir neçə qaydaya əməl etməlisiniz: Yatmazdan 2-3 saat əvvəl yeməyi dayandırın və qaz əmələ gəlməsinə səbəb olan qidaları yeməyin. Yatağa ac getməmək də vacibdir, çünki yuxuya getmək çətin olacaq. Aclıq hissini aradan qaldırmaq üçün bir alma və ya banan yeyə bilərsiniz. Qəhvə və çay kimi içkilər isə səhər, maksimum günortadan sonra içilməlidir. Axşam saatlarında belə içkilərdən çəkinmək lazımdır, hətta yatmazdan əvvəl faydalı hesab edilən yaşıl çay da içmək olmaz. Yatmadan əvvəl bədən üçün faydalı olacaq banan, yulaf ezmesi qəbul etmək məsləhətdir. 200 kilokaloriyə qədər kalorili axşam qəlyanaltısı üçün xüsusi aşağı kalorili və yaxşı həzm olunan qəlyanaltılar da uyğundur. Bu cür məhsulları sağlamlıq ərzaq mağazalarında tapmaq olar.

Murad Şahməmmədov