Birlikdə işlədiyiniz insanları sevirsinizsə, şanslısınız

Birlikdə işlədiyiniz insanları sevirsinizsə, şanslısınız

3 Fevral 2023 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu bir həqiqətdir ki, biz ailəmizdən çox həmkarlarımızı görürük. Demək olar ki, hər gün vaxt keçirdiyimiz bu insanlarla bəzən çox yaxın dostluqlar qura bilərik. Belə hallarda peşəkarlığı qorumaq üçün işgüzarlıq və dostluq arasında yaxşı tarazlıq yaratmaq lazımdır. Bəs biz bu limiti necə qoruyub saxlaya bilərik?

Limiti qorumaq üçün iş yoldaşlarınızla səmimi, mehriban və qayğıkeş olsannız kifayət edər. Birlikdə işlədiyiniz insanları sevirsinizsə, şanslısınız. Əgər iş yoldaşlarınızı onlarla əsl dostluq münasibətləri qurmaq istəyəcək qədər sevirsinizsə, lap çox şanslısınız. Həm məhsuldarlıq, həm də işdən məmnunluq baxımından eyni düşüncəli komanda ilə işləmək vacibdir. Həm də işin keyfiyyətini artırmaq baxımdan düşünsək bütün bu məsələlər çox yararlıdır. Çünki biz həmkarlarımızı demək olar ki, hər gün səhərdən axşama kimi görürük. Həmkarlarınızı və işinizi sevin ki, işdən yorulmayasınız.

Murad Şahməmmədov