Qadınların yaxşı maşın sürə bilməməsinin səbəbləri

Qadınların yaxşı maşın sürə bilməməsinin səbəbləri

3 Fevral 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzən biz kişilər hər mövzuda özümüzü hədsiz üstün göstəririk. Məsələn gündəlik sürücülük işini götürsək çoxumuz sürücülük kişi işidir deyirik. Qürurla maşın sürməyi oğul övladımıza öyrədirik. Hətta sürücülük vəsiqəsinin olmamasına baxmayaraq. Qız övladımız belə bir şey istəsə, vəsiqəsiz maşın sürmək mümkün deyil deyə bildiririk. Qızların çoxu yaşı tamam olandan sonra kursa göndərilir. Oğlan bunu yavaş-yavaş mənimsəyərkən xanım qızımız sükana belə toxunmur. Bəlkə 18, bəlkə 25, bəlkə də 30 yaşda qızlarımız kursa getmək şansı qazanırlar. O vaxta qədər də bəzi qızların avtomobillərə və sürücülüyə həvəsi itib gedir. Bəzən də bu həvəsin itməsinə sağdan-soldan keçən maşınların siqnal səsləri, əl hərəkətləri, bacarıqsızlığını göstərən sürücü cümlələri, yolu kəsdiyinə dair ittihamlar səbəb olur. Bütün bunlara baxmayaraq, yaxşı sürücü qadınlarımız da var. Hesab edirik ki, onların çoxu bu işdə uşaqlıqdan valideyinlərindən dəstək alanlardır. Sonda bütün sürücü oxucularımdan xahiş edirəm ki, elə uşaqlıqdan münasib yerlərdə övladlarınızı sükanla tanış edəsiniz. Fərqi yoxdur qız və ya oğlan. Bu onların gələcəyi üçün çox vacibdir.


Murad Şahməmmədov