Bakirə qızların sayında artım var

Bakirə qızların sayında artım var

7 Fevral 2023 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada Ailə Planlaması Dərnəyi maraqlı bir sorğu keçirib. Sorğuda iştirak edən evli cütlüklərdən bəziləri cinsi əlaqəni sevgi kimi yox, bir iş kimi gördüklərini etiraf ediblər. Yaponlar cinsi həyatlarını azərbaycanca desək "əlvida..." mənasını verən "sayonara" adlandırırlar. Sorğu nəticəsində Yaponiyada evli cütlüklərin yarısının bir aydan çox cinsi əlaqədə olmadığı məlum olub. Dərnəyin apardığı araşdırmaya görə cinsi əlaqədə olmayan cütlər arasında ən yüksək nisbət yaş həddi 40-ı keçmiş cütlüklərə aiddir. Qadınların yüzdə 22-dən çoxu cinsi əlaqəni çətin hesab etdiklərini desələr də, kişilərin yüzdə 35-i sonradan cinsi əlaqənin yorğunluq kimi gördüyünü bildirib. Tədqiqatda iştirak edən digərləri, ailə münasibətlərdə cinsi əlaqənin zamanla get-gedə öldüyünü söyləyiblər. Tədqiqatçılar cinsi əlaqədə olmayan cütlüklərin indiyə qədər rekord səviyyəyə çatdığını açıqlayıblar. Sorğuya 16-49 yaş arası evli yaponların 1200-dən çox cavabı daxil edilib. Hökumətin ötən il dərc etdiyi araşdırmanın nəticələrinə görə, Yaponiyada bakirə qızların sayında artım var. Səlahiyyətlilər bunun ölkədəki doğum səviyyəsinə təsir edəcəyindən çox narahatdırlar.


Murad Şahməmmədov