Gənc qadın “AirTag” vasitəsi ilə  gizli şəkildə izləndiyini anladı

Gənc qadın “AirTag” vasitəsi ilə  gizli şəkildə izləndiyini anladı

21 Fevral 2023 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Hələ 2021-ci ildə Apple şirkəti şəxsi əşyaların itirilməsinin qarşısını almaq üçün AirTag modellərini izləmə cihazları kimi təqdim etdi. Texnologiya nəhəngi Apple tərəfindən tövsiyə edilməsə də, son zamanlar bu vəziyyət ikitərəfli əlaqələr arasında gizli şəkildə istifadə oluna bilir. Ötən gün sosial şəbəkələrdə yayılan xəbərlərə görə bir gənc qadın AirTag vasitəsi ilə izləndiyini anladı. Beləliklə, AirTag aşkar edildikdə nə etməli? Gəlin birlikdə xəbərin təfərrüatlarına nəzər salaq.

Apple qiymətli əşyaların itirilməsinin qarşısını almaq üçün 2021-ci ildə AirTag məhsullarını təqdim etdi. Ancaq bu məhsullar uşaqlar, ev heyvanları və ya cütlər üçün də istifadə olunmağa başladı. Apple tərəfindən tövsiyə edilməməsinə baxmayaraq, sevgililərin və ya keçmiş sevgililərin AirTag ilə təqibi son zamanlarda xeyli artmışdır. Avstraliyada 19 yaşlı gənc qadın iPhone-da aldığı bildirişlərində onun izləndiyini anladı. Sevgilisi tərəfindən izləndiyini anlayan gənc qadın polisə gedəcəyini sevgilisinə dedikdən sonar, sevgilisi doğurdan da onu izlədiyini etiraf edib.

Digər tərəfdən, bir müddət əvvəl Ohayo ştatından olan bir polis məmuru keçmiş sevgilisinin maşınına AirTag qoyduğu üçün məhkəməyə verilmişdi. Bu işdə polis məmuru peşəsindən məhrum edilsə də, çoxları bu işdən nəticə çıxartmamışdır.

AirTag aşkar edildikdə nə etməliyəm?

İlk öncə qeyd edək ki, AirTag sahibi olan şəxs məhsulu "Lost Mode" rejiminə salıb mesaj buraxmasa, birbaşa sahibini tapmaq çox çətindir. Buna görə də, AirTag-ın kimdən gəldiyini anlamaq əvəzinə onu söndürmək daha məqsədəuyğun olardı. AirTag-i tapmaq üçün əvvəlcə onun səs-küy yaradıb-yaratmadığına baxın:

iPhone ekranında xəbərdarlığa toxunun

Ekranda Davam et düyməsini klikləyin

Sonra Audio Play düyməsinə toxunun

AirTag-dan gələn səs sayəsində obyekt daha asan tapılacaq.

AirTag-i tapdıqdan sonra məhsul haqqında məlumat əldə etmək üçün aşağıdakı addımları izləyə bilərsiniz.

AirTag-i tapdıqdan sonra ağ tərəfi iPhone modelinə yaxınlaşdırın və bildiriş gələnə qədər gözləyin.

Bildiriş göründükdən sonra iPhone ana ekranına klikləyin.

Bu bölmədə AirTag haqqında məlumatların yer aldığı internet saytı açılacaqdır. Açılacaq saytda AirTag sahibinin telefon nömrəsi kimi məlumatlar yer alacaq. Buradakı məlumatlar sayəsində AirTag-ın kimə məxsus olduğunu anlamaq mümkündür.

Siz, oxucularımız, bu məsələ haqqında nə düşünürsünüz? Fikirlərinizi şərh bölməsində bildirə bilərsiniz.

Murad Şahməmmədov