Zəlzələnin sirri çözülür: Yer kürəsində kritik dəyişiklik – Şok araşdırma

Zəlzələnin sirri çözülür: Yer kürəsində kritik dəyişiklik – Şok araşdırma

5 Mart 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

“Nature Communications” jurnalında dərc olunan araşdırmada elm adamları Yer kürəsində 1600 kilometr dərinlikdə 644 kilometr diametrli metal nüvənin və bunun dəmir-nikel qarışığından ibarət olduğu arqumentinin getdikcə ciddiləşdiyini bildirirlər.

Oxuməni.az xəbər verir ki, elm adamların yeni kəşfin Yer kürəsinin və zəlzələlərin necə yaranmasını daha yaxşı anlamağa kömək edəcəyini deyirlər.

Seysmik dalğaların təbəqələri necə əks etdirdiyini müşahidə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, Yer kürəsi məşhur inancın əksinə olaraq, dörd deyil, beş qatdan ibarətdir. Həmin iddiaya görə, su təbəqəsi, yer qabığı (Litosfer), maqma təbəqəsi (Piosfer) və nüvə təbəqəsinin (Barisfer) içində bərk və metaldan ibarət bir nüvə də var.

Avstraliya Milli Universitetinin Yer Elmləri Tədqiqat Mərkəzinin əməkdaşı, tədqiqatın müəlliflərindən biri olan seysmoloq Txan-Son Fom bu haqda deyib: “Bu araşdırmada ilk dəfə olaraq güclü zəlzələlərdən yaranan seysmik dalğaların beş dəfəyə qədər yerin bir tərəfindən o biri tərəfinə irəli-geri sıçradığını müşahidə etdik”.

Bu nəzəriyyənin təsdiqi elm adamlarına planetin necə yarandığını, onun maqnit sahəsinin necə inkişaf etdiyini və inkişafın necə davam edəcəyini daha yaxşı anlamağa kömək edə bilər.

Fom bu təbəqənin indiyədək aşkar edilməməsini onun yuxarı təbəqəyə çox bənzəməsi ilə əlaqələndirir. Seysmoloq əlavə edir ki, nüvənin qabığında çoxlu miqdarda dəmir-nikel ərintisi var.

Tədqiqatçılar həmçinin deyirlər ki, istifadə etdikləri vibrasiya dalğaları bu yeni nüvənin “anizotrop” quruluşa sahib olduğunu göstərir. Bu elmi termin, bir maddənin yaxınlaşdığı bucaqdan asılı olaraq fərqli xüsusiyyətlərə malik olması kimi şərh olunur. Anizotropiyanı izah etmək üçün ağac parçasını misal gətirən elm adamları, parçanı damarlara perpendikulyar vurmaqdansa, damarlar istiqamətində vuraraq qırmağın daha asan olduğunu söyləyirlər.

Tədqiqatçılar yeni kəşf sayəsində seysmik dalğaların müxtəlif istiqamətlərdə necə sürətlə yayıldığını və daxili nüvənin bu dalğaların sürətini yuxarıdakı təbəqədən fərqli olaraq dəyişdirdiyini müşahidə ediblər. Bu sürət fərqi yeni təbəqənin aşkarlanmasına imkan verəcək.Teleqram.com