Pərilər, yoxsa yadplanetlilər? - Prezident elə foto yaydı ki...

Pərilər, yoxsa yadplanetlilər? - Prezident elə foto yaydı ki...

4 Mart 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Meksika liderinin sosial şəbəkədə paylaşdığı görüntü ölkəni bir-birinə vurub.

Kameraya əks olunan məxluqun nə olduğu məlum deyil.

Meksika lideri Andres Manuel Lopez Obrador sosial şəbəkə hesabından mənəvi varlıq olduğunu iddia etdiyi canlının fotosunu paylaşıb.

Maya sivilizasiyasına yaxın bölgədə çəkilmiş görüntünün mühəndis tərəfindən çəkildiyi bildirilib. Obrador isə paylaşımında Avropa elflərinə və ya pərilərinə bənzəyən kiçik, insanabənzər bir varlıq (alux) olduğunu iddia edib.

Aluxlar eramızın 250-ci ildən 17-ci əsrdə ispan işğalçılarının gəlişinə qədər Mərkəzi Amerikada hökmranlıq edən çiçəklənən sivilizasiya olan Mayya mədəniyyətinin çoxsaylı xalq nağıllarında görünür.

Sosial şəbəkə istifadəçiləri və nəzəriyyəçilər bunun ruh və ya yadplanetlilər olduğunu iddia edərək ciddi mübahisələrə səbəb olub.Teleqraf.com