Fiber sensorlu ağıllı ayaqqabılar hazırlanıb

Fiber sensorlu ağıllı ayaqqabılar hazırlanıb

2 Mart 2023 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bilkent Universitetinin Milli Nanotexnologiya Araşdırma Mərkəzində lif sensorlu ağıllı ayaqqabılar hazırlanıb.

Bu gün ağıllı texnologiyalar bir çox sahələrdə inkişaf etdirilir. Bu sahələrdən biri də səhiyyədir. Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzi təlimatçı Mustafa Ordu və komandası "elektrik istehsal edə bilən elastik liflər" layihəsi çərçivəsində yeriş pozğunluğundan Parkinson xəstəliyinə qədər bir çox xəstəliyin erkən diaqnozunu təmin edə bilən lif sensorlu ağıllı ayaqqabılar hazırlayıb. Fiber sensorlu ağıllı ayaqqabılarda polimer lifdən hazırlanmış sensorlar var. Sensorların lifdən hazırlanmasının səbəbi odur ki, liflər parça ipliyi kimi toxuna bilsinlər və beləliklə, onlar bir çox geyimlərə asanlıqla birləşdirilə bilsinlər. Bu xüsusiyyətlərə görə liflər ürək ritmi və temperatur kimi bədənin müxtəlif hissələrindən də məlumat toplaya bilir.

İnkişaf etdirilən lif sensorlu ağıllı ayaqqabılarla insanın yerimə davranışı təsbit edilir. Məsələn, Parkinson xəstəliyinə tutulma riski olanların zamanla dəyişən yeriş davranışları ayaqqabının içinə yerləşdirilən sensorlarla izlənilir və məlumatlar toplanır. Hər iki ayaq üçün məlumatlar ayrıca əldə edilə bilər. Sensorlar bunu ayağın hansı nöqtəsini (məsələn, irəli, yana, içəriyə, daha çox baş barmağına və ya kiçik barmağa doğru addımlamaq) və ya hansı ayağın üzərinə nə qədər yük qoyulduğunu ölçməklə edir. Ağıllı ayaqqabıların ağıllı telefonlar və saatlarla uyğun işləməsi üçün də araşdırmalar aparılır. Gələcəkdə sensor tərəfindən təsbit edilən yeriş dəyişikliyi, bu mövzuda həkimə müraciət etməyin lazım olduğunu bildirərək, ağıllı telefona xəbərdarlıq göndərəcək və bunun sayəsində erkən diaqnozu asanlaşdıracaq. Hazırlanmış sensorlar adi ayaqqabılarda da istifadə oluna bilər.

Sensorların verdiyi ölçmələrlə düz ayaq kimi problemləri olanlar üçün fərdi içliklər də hazırlana bilər. Beləliklə, bütün görülən bu işlər xəstənin ayaq problemlərinin aradan qaldırılması məqsədini daşıyır.

Murad Şahməmmədov