Qonaq qəbul edərkən ən vacib məsələlər

Qonaq qəbul edərkən ən vacib məsələlər

6 Mart 2023 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Evinizə gələn qonağı qarşılamaq kifayət qədər çətin olsa da, yemək bişirməyi sevənlər üçün bu çox xoş bir işdir. Yemək bişirməyi sevmirsinizsə, evə yemək sifarış verə və ya kənardan sevdiyiniz bir yerdə gözəl yeməklər hazırlatdıra bilərsiniz.

Əgər evinizə gələcək qonaqlarınız həmişə danışdığınız insanlardırsa, onların nəyi bəyənib-bəyənmədiyini az-çox bilirsiniz. Ancaq ilk dəfədirsə, əvvəlcədən bəzi suallar vermək sizin və onların rahatlığı üçün daha yaxşı ola bilər. Qonaqlarınıza xoşlamadıqları və ya allergiyası olan hər hansı bir şeyi təklif etmək istəmirsinizsə bu çox vacibdir. Qonaqları qəbul edərkən ən vacib məsələlərdən biri də menyunun və süfrənin tərtibatını hazırlamaqdır. Nə qədər adam olacağına görə rahat stolun olması, menyudakı yeməklərin bir-birinə uyğun olması kimi məsələlərə diqqət yetirmək lazımdır. Eyni zamanda stolun üstündəki yemək qabları, süfrələr və digər əşyaların bir-birinə uyğun olması da diqqət çəkir.

Yeməkləri sırasına görə çox olmayan hissələrə bölmək lazımdır. Ancaq təbii ki, bu porsiyalar heç kimin doymayacağı qədər kiçik olmamalıdır. Porsiyalar hazırlamağa diqqət edin ki, bişirdiyiniz bütün yeməklərin dadına baxa bilsinlər. Bundan əlavə hazırladığınız menyunu başlanğıc, qəlyanaltı, ana yemək kimi hissələrə ayırsanız, xidmət etmək çox daha rahat olar.

İçkilərə gəlincə, əsas içkiniz nə olursa olsun, yanına əlavə bir stəkan su qoymağı unutmayın. Qab-qacaq düzümündə diqqətli olun ki, bütün yemək növlərin ayrı-ayrılıqda yeyilməsi üçün düzgün olsun. Məsələn, desertin çəngəlləri ilə əsas yeməyin çəngəlləri eyni olmasa, daha çox faydalı olar. Nəticədə, desert yeyəndə çəngəldə duzlu dad qalmır. Bütün bunlara daha çox diqqət etməniz sonda Sizin daha çox qonaqsevər olmanız kimi qiymətləndiriləcək.

Murad Şahməmmədov