Həyatdan zövq almağı sevən uzunömürlülər: Yaponiyada qadınlar 110 yaşadək yaşayır...

Həyatdan zövq almağı sevən uzunömürlülər: Yaponiyada qadınlar 110 yaşadək yaşayır...

12 Mart 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Nikbin ovqat, ciddi gün rejimi, yuxu mədəniyyəti, idman, yuxudan öncə isti vannaya sevgi..."

"Yaponlar yağlı və kalorili qidadan uzaq, ədviyyat və duza çox laqeyddir..."

Yaponiyada qadınlar, əsasən, 110 yaşadək yaşayır. Hazırda 85 min nəfər ölkə sakininin yaşı 100-dən çoxdur.

Oxuməni.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Wday.ru" nəşri yazıb və yapon uzunömürlülüyün sirrini aydınlaşdırmağa cəhd edib.

Əgər şam yeməyinizi çox duzlamaq niyyətindəsinizsə, dayanın! Biz istəyirik ki, siz imkan daxilində çox yaşayasınız.

Daha bir sirr nikbin ovqatdır. Siz yaponların yaşlı nəslinin çox gülümsədiyinə diqqət yetitmisinizmi?

Yaponiyanın səhiyyə, əmək və sosial müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə 85 mindən çox uzunömürlü insan yaşayır. Onların yaşı 100 və daha artıqdır. Və ildən-ilə gümrah nənə və babaların sayı artmaqdadır.

Yaponiyada 100 yaşadək ən çox qadınlar yaşayır. Yapon qadınları dünyada uzunömürlü insanların 80 faizini təşkil edir. Sirr bundadır ki, bu ölkənin sakinləri öz həyat tərzinə ciddi yanaşır.

Nazirliyin məlumatına görə, uzunömürlülərin əksəriyyəti öz sağlamlığına çox diqqətlə yanaşır və bir balaca halsızlıq hiss edən kimi həkimə müraciət edir. Yaponların çoxu hər il planlı dispanserizasiyadan keçir.

Ölkədə yuxu mədəniyyəti həmçinin ömrün uzadılmasına təsir edir. Yaponlar tez oyanır və tez də yatır, gün rejiminə isə yarımsaat dəqiqliklə riayət edirlər.

Maraqlı rituallardan biri də isti vannaya sevgidir. Yaponiya sakinləri yuxudan öncə isti vannadan zövq almağı çox xoşlayır. Həkimlər və ekspertlərin fikrincə, bu, bütövlükdə orqanizmə müsbət təsir edir.

Həmçinin yapon təqaüdçüləri idmanı çox sevir. Onlar küçədə idmanla məşğul olmaq imkanını əldən vermir və əksəriyyət hallarda bədən tərbiyəsi ilə məşğul olur.

Yeri gəlmişkən, ötən il planetin ən yaşlı qadını olan yaponiyalı Kane Tanaka vəfat edib, onun 119 yaşı olub və Ginnesin Rekordlar Kitabına düşüb. KİV-lərin məlumatına görə, o, Fukuoka şəhər xəstəxanasında ahıl yaşında olması səbəbindən dünyasını dəyişib.

Kane yaşadığı qocalar evində jurnalistlərə deyib ki, ciddi rejimi olub. Öz uzunömürlülüyünün səbəbini erkən yuxudan oyanması, yaxşı qidalanması və riyaziyyatla məşğul olması ilə əlaqələndirib.

Yeru gəlmişkən, xüsusi diqqət uzunömürlülülərin qidalanmasına yönəlib. Praktiki olaraq heç bir yapon yağlı, kalorili qida qəbul etmir. Ekspert deyir ki, bu ölkənin sakinlərinin əksəriyyəti ədviyyatlara və duza laqeyddir.