"Oruc tutduqda qəlb təfəkkür üçün açılır, genişlənir..." -Oruc tutmağın 8 hikməti...

"Oruc tutduqda qəlb təfəkkür üçün açılır, genişlənir..." -Oruc tutmağın 8 hikməti...

26 Mart 2023 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

1. Oruc tutmağın hikmətlərindən birincisi

Oruc Allahın razılığını qazanmaq üçün edilən ibadətdir, bununla qul yemək, içmək və cinsi əlaqə kimi sevdiyi və tələb etdiyi şeyləri tərk etməklə öz Rəbbinə daha da yaxınlaşır. Bunları etməklə qulun imanının doğruluğu və Allaha qarşı qulluğunun kamilliyi, həmçinin Allaha qarşı sevgisi və Allah təalanın onun üçün hazırladığı bol xeyrə nail olma istəyi, arzusu nəzərə çarpır. Bu belədir, çünki oruc tutan kəs onun üçün sevimli olan bir şeyi yalnız (yemək, içmək, cinsi əlaqə və s.) sevdiyi şeydən daha böyük olan bir şeyə görə tərk edir ki, bu da Allahın rizasıdır.

Mömin oruc tutmaqla Allahın qulundan razı qalacağını dərk etdikdə-təbii olaraq sevdiyi şəhvətləri tərk etməklə-Rəbbinin razılığını öz şəhvətlərinə üstün tutacaqdır. Ona görə də, şəhvətləri etmək üçün nə qədər istəkli olsa da və həsrətində olsa da öz şəhvətlərini tərk edir. Çünki,onun sevinci və ruhun rahatlığı Allah rizası üçün arzuladığı bütün şeyləri tərk etməklə hasil olur.

Bundan dolayı, möminlərin çoxları-həqiqi bir üzr olmadan Ramazanda orucunu pozmaq üçün döyülsə və yaxud məcbur edilsə-orucunu pozmayacaqdır. Bu da öz növbəsində orucda olan hikmətlərin ən böyük və ən dərin yönlərindən biridir...

2. Oruc tutmağın hikmətlərindən ikincisi.

Oruc tutmaq Təqvaya nail olmaq üçün vasitədir. Allah-Təala buyurur:

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz (təqvalı olasınız)”(Bəqərə, 183). Çünki oruc tutan kəs fərz əməlləri yerinə yetirmək və günah işlərdən əl çəkmək üçün əmr olunmuşdur.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah-Təala onun tərk etdiyi yemək-içməyə baxmaz”. (Buxari rəvayət edir).

İnsan oruclu olduğunda nəfsi hər dəfə günah etməyə meyl etdikdə, o oruclu olduğunu yadına salır və beləcə özünü günahdan çəkindirir. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm oruc tutan kəsə əmr etmişdir ki, bir kəs onu söyəndə və təhqir edəndə belə söyləsin:” Mən orucam”. Bununla (söyüş söyən və təhqir edən kəsi) onu xəbərdar edir ki, Allah oruc tutan insana söyüş söyməkdən, təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutana oruclu olduğunu və söyüş söyənə, nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə cavab verməyəcəyini xatırladır.

3. Oruc tutmağın hikmətlərindən üçüncüsü.

Oruc tutduqda qəlb təfəkkür etmək, dərindən düşünmək və Allahı zikr etmək üçün açılır, genişlənir. Çünki şəhvətləri yerinə yetirmək qafilliyə aparır və ola bilsin ki, qəlb haqqa qarşı sərtləşir və kor olur. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə az yemək və içməyi tövsiyə etmiş və belə buyurmuşdur: “Adəmoğlu mədəsindən daha pis bir qab doldurmamışdır” (Əhməd, Ən-Nəsa`i və İbn Ma`cə rəvayət edir).

Səhih Muslimdə, Hənzələ əl-Useydi` radiyallahu anhu, Rəsulullahın sallallahu alyehi və səlləm vəhy katiblərindən biri Peyğəmbərə sallallahu aleyhi və səlləm deyir: “Hənzələ münafiq oldu”. Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Sübhənallah! Sən nə danışırsan?” O dedi: Ey Allahın Rəsulu, biz sənin yanında olanda sən bizlərə cəhənnəmi və cənnəti xatırladırsan, sanki biz onları gözlərimiz ilə görmüş kimi oluruq. Lakin sənin hüzurundan ayrılıb arvad-uşağımıza qarışdığımızda, işimiz ilə məşğul olduqda çox şeyləri (səndən eşitdiklərimiz) unuduruq. Hədisin son hissəsində, Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir: “Lakin, ey Hənzələ! Bəzən belə olur, bəzən isə belə. Bunu üç dəfə təkrar etdi” (Səhih Muslim, Kitab ət-Təubə, 2750-ci hədis).

Əbu Suleyman əd-Dəra`ni deyir: “Həqiqətən, ruh ac olanda və susayanda, qəlb yumşalır və saflaşır. Ruh doyanda, qəlb korlaşır”.

4. Oruc tutmağın hikmətlərindən dördüncüsü.

Oruc zəngin insanın Allahın ona bəxş etdiyi yemək, içmək və cinsi əlaqə kimi nemətləri başa düşməsinə səbəb olur. Bir çox insanlar bu şeylərdən məhrumdurlar, ona görə də o bu nemətlərə görə Allaha həmd etməli və nemətləri ona bəxş etdiyinə görə Rəbbinə şükr etməlidir. Həmçinin kasıb olan və ola bisin ki, bütün gününü aclıqla keçirən, acından ölən və ac qalan qardaşlarını xatırlamalıdır. Onlara qarşı səxavətli, ürəyi açıq, böyük qəlbli olmalı və qardaşının çılpaqlığını örtmək, onu geydirmək və aclığını aparmaq üçün ona sədəqə verməlidir..

İslamevi.az