NOKİA AYA İNTERNET GƏTİRİR

NOKİA AYA İNTERNET GƏTİRİR

30 Mart 2023 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

4G xidməti ilə ünsiyyəti asanlaşadırmaq məqsədi ilə Nokia şirkəti Aya yeni interneti çatdırmaq işini sona çatdırıb. Şirkətin rəhbəri bildirib ki, Nokia bu ilin sonunda Ayda 4G internet təklif etməyi planlaşdırır. Bir vaxtlar əfsanəvi telefon istehsalçısı Nokia indi 5G texnologiyasına böyük sərmayə qoyur. HMD Global çətiri altında fəaliyyət göstərən Nokia 2020-ci ildə NASA-dan 14,1 milyon dollar maliyyə alıb. Nokia, temperaturun 120 dərəcə ilə -100 dərəcə arasında dəyişən və nəfəs almaq üçün havanın olmadığı Ayda baza stansiyaları yerləşdirərək 4G şəbəkəsi quracaq. Enerji ehtiyacı Ayda yerləşdiriləcək günəş panelləri ilə təmin ediləcək. Şirkətin rəhbəri bildirib ki, Nokia bu ilin sonunda Ayda 4G internet təklif etməyi planlaşdırır. Nokia-nın 4G LTE şəbəkəsi ABŞ-ın aerokosmik firması Intuitive Machines tərəfindən dizayn edilmiş Nova-C Ay eniş aparatının göyərtəsində antenna ilə təchiz edilmiş baza stansiyası olacaq. O, həmçinin günəş enerjisi ilə işləyən başqa bir roverlə müşayiət olunacaq. Sözügedən LTE şəbəkəsi, Artemida missiyasının bir hissəsi olaraq Ayda baza qurulduqda astronavtlar tərəfindən istifadə ediləcək. Bu şəbəkə gələcək insanlı Mars missiyalarında da istifadə olunacaq. LTE şəbəkəsi qurulduqdan sonra stansiya 1,8 GHz tezliyində 4 km-ə qədər 50 Mbit/s sürətlə məlumat ötürməyə imkan verəcək.

Murad Şahməmmədov