Daşıyıcı Ayın səthində iki astronavtı və bir çox avadanlığı asanlıqla hərəkət etdirə biləcək
İlon Maskın özəl kosmik şirkəti SpaceX, xüsusi yük üçün, xüsusilə yeni Starship raket sistemi üçün ilk kommersiya Ay müqaviləsini bağlayıb. SpaceX hazırda bəşəriyyətin kosmik gələcəyi üçün çox vacib tədqiqatlarda iştirak edir. Bu işlərin mərkəzində əsas hərəkətverici Super Heavy Booster və onun qarşısında SpaceX Starship var. Şirkət bəşəriyyəti Aya və Marsa aparacaq Starship kosmos gəmisini daşıyan ilk mərhələ olan Super Heavy Booster, "7" adlı son versiyasında 33 fərqli Raptor 2 mühərrikini bir araya gətirib. Nəhayət, bu 33 fərqli mühərrik üçün sabit vəziyyətdə ilk statik alovlanma testi səs verdi, Astrolab ilə xüsusi olaraq Starship üçün bir daşıma müqaviləsi imzalandığı ortaya çıxdı. Bu mövzuda bir ilk olan şirkət, hər şey yolunda gedərsə, SUV avtomobil modeli ölçüsündə olan yuxarıdakı vasitəni 2026-cı ilin ortalarında Ay səthinə çıxaracaq. “The Flexible Logistics and Exploration” və ya sadəcə olaraq “FLEX” adlanan bu Ay daşıyıcısı iki astronavtı və bir çox avadanlığı Ayın səthində asanlıqla hərəkət etdirə biləcək. Səthdə 25 km/saat sürətə çata bildiyi bildirilən vasitənin robot qolu da var və Ayda daimi insan varlığının yaradılmasına kömək edəcək çox əhəmiyyətli bir seçim olaraq görülür.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











