Artıq kosmosdan uça bilən hipersəs raketlərini aşkar etmək olacaq
SpaceX orbitə hipersəs raketlərini izləmək üçün ilk ABŞ peyklərini buraxıb.
Oxuməni.az xəbər verir ki, SpaceX, Pentaqonun Kosmik İnkişaf Agentliyinin ilk 10 peykini uğurla orbitə buraxdı ki, bu peyklərdən uça bilən hipersəs raketlərini aşkar etmək və izləmək üçün istifadə olunacaq.
İlon Maska məxsus özəl kosmik şirkət SpaceX ABŞ Müdafiə Nazirliyinin maraqlarına uyğun olaraq 10 hipersəs raket izləmə peykini orbitə çıxarıb. Kosmik İnkişaf Agentliyinə aid olan Tranche 0 peykləri aprelin 2-də Falcon 9 raketi ilə orbitə buraxılıb.
Əvvəlcə martın 30-a planlaşdırılan, lakin SpaceX bunu bir neçə gün təxirə salmalı oldu. Xatırladaq ki, şirkət 2019-cu ilin mart ayında ABŞ Müdafiə Nazirliyinə aşağı Yer orbitində daha dayanıqlı kosmik arxitektura qurmağa kömək etmək üçün yaradılıb.
Kosmik İnkişaf Agentliyi orbitə cəmi 28 kosmik gəmi çıxarmaq istəyir. 18 peykdən ibarət olan Tranche 0 qrupunun ikinci hissəsi iyun ayında orbitə göndəriləcək. Sözügedən kosmik gəmi Lockheed Martin, L3Harris, York və SpaceX tərəfindən inşa ediləcək.
Peyklər Mach 5-də (6174 km/saat) hərəkət və manevr edə bilən ballistik və hipersəs raketlərini aşkar edəcək və izləyəcək. Ötürülən məlumata görə, 2025-ci maliyyə ilinə qədər ilk 28 kosmik gəminin yaradılması, buraxılması və istismarının ümumi dəyəri 980 milyon dollara çatacaq.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











