Yer ölçüsündə olan bir planetdə təkrarlanan radio siqnalları aşkar edilib

Yer ölçüsündə olan bir planetdə təkrarlanan radio siqnalları aşkar edilib

7 Aprel 2023 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Astronomlar Yerdən 12 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə və onun orbitində fırlanan ulduzdan təkrarlanan radio siqnalı aşkar ediblər. Siqnal Yer ölçüsündə olan planetin maqnit sahəsinə və hətta atmosferə malik ola biləcəyini göstərir. Bildiyimiz kimi yerin maqnit sahəsi günəşdən axan enerjili hissəcikləri və plazmanı istiqamətləndirərək planetin atmosferini qoruyur. Bu, planeti həyatın yaşaması üçün lazım olan mühitlə təmin edir. Günəş sistemimizdən kənarda yerləşən planetlərin ətrafında atmosferlərin tapılması potensial olaraq həyatı dəstəkləyə bilən digər dünyalara işarə edə bilər.

Nyu-Meksikoda Karl G.Janski çox böyük teleskop massivindən istifadə etməklə apardıqları müşahidələr zamanı alimlər YZ Ceti ulduzundan və onun YZ Ceti b adlı orbitdə fırlanan qayalı ekzoplanetindən gələn güclü radio dalğalarını müşahidə ediblər. Tədqiqatçılar hesab edirlər ki, radio siqnalı planetin maqnit sahəsi ilə ulduzun qarşılıqlı təsiri nəticəsində yaranır. Tapıntıların təfərrüatlarını əks etdirən araşdırma Nature Astronomy jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, radiodalğaların Yerdə aşkarlanması üçün çox güclü olması lazım idi. Kolorado Boulder Universitetinin tədqiqat astrofiziki Sebastian Pineda, tədqiqatın aparıcı müəllifi Sebastian Pineda, "Bir planetin atmosferinin olub-olmayacağı planetin güclü maqnit sahəsinə malik olub-olmamasından asılı ola bilər" deyə bildirib.

Əvvəllər tədqiqatçılar Günəş sistemimizin ən böyük planeti olan Yupiterin ölçüsünə bənzər ekzoplanetlərdə maqnit sahələri aşkar etmişdilər. Lakin maqnit sahələrini daha kiçik Yer ölçülü planetlərdə tapmaq daha çətindir, çünki maqnit sahələri mahiyyətcə görünməzdir.

Murad Şahməmmədov