Yuxusuzluq iki dəfədən çox yol qəzası riskini artırır

Yuxusuzluq iki dəfədən çox yol qəzası riskini artırır

13 Aprel 2023 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər yuxusuzluğun yol qəzalarına təsirini konkret şəkildə nümayiş etdiriblər. Hətta son 24 saat ərzində 4-5 saat yatmaq belə qəza riskini çox yüksək nisbətdə artırır.

Bu gün baş verən yol qəzalarının beşdə biri yorğunluqdan qaynaqlanır. Sürücülərdəki yorğunluğun əsas səbəblərindən biri kifayət qədər yuxu almamaq kimi görünə bilər. Bəs lazımlı qədər yuxu vaxtı həqiqətən yol qəzalarına təsir edirmi?

Əksəriyyətimiz bu suala kor-koranə “Bəli” cavabını versək də, suala elmi cavab da verilib. CQUniversity-dən Madeline Sprajcer və Drew Manson bu günə qədər aparılan 61 araşdırmanı təhlil etmiş və pis yuxunun qəzalara təsirini göstərmişdir.

4-5 saat yuxu qəza riskini 2 dəfə artırır:

Araşdırmalardan əldə edilən məlumatlar, son 24 saat ərzində 4-5 saat yatmağın qəza riskini iki dəfə artırdığını ortaya qoydu. Bundan əlavə, hər 1 saat itirilən yuxu ilə bu riskin artdığı ifadə edildi. İş o yerə çatıb ki, bəzi araşdırmalar 0-4 saat yuxunun qəza riskini 15 dəfəyə qədər artırdığını göstərib.

Təbii ki, yorğunluğun qarşısını almaq üçün insanları hansısa yolla yuxusuzluqdan çəkindirəcək bir cəza tətbiq etmək demək olar ki, mümkün deyil. Əslində, yuxusuzluğun arxasında duran səbəblər də çox dəyişkən ola bilər. Bu vəziyyətdə ən əsas şey fərdi olaraq məsuliyyətlə hərəkət etməkdir.

Murad Şahməmmədov