Bu ədviyyatın faydaları saymaqla bitmir
Bir çox yeməklərdə istifadə edilən zirənin bilinməyən minlərlə faydası var. Qidaları şirinləşdirməklə yanaşı, sağlamlığa faydaları ilə də son zamanların ən məşhur ədviyyatları arasındadır. Zirə mətbəxdə ən çox istifadə edilən ədviyyatlardan biridir. Bəzi evlərdə ədviyyatlara çox üstünlük verilmir. Lakin zirə faydaları ilə diqqət çəkən ədviyyatdır. Faydalarını sadaladığımız zaman onu niyə yeməklərinizə daxil etməyiniz lazım olduğunu daha yaxşı başa düşəcəksiniz. Zirə qaz yığılmasının qarşısını alır və şişkinliyi azaldır. Qatı qidaya keçən körpələrin həzmsizlik problemləri üçün də min illərdir istifadə olunur. Yediyimiz qidaların bağırsaqlara verəcəyi zərəri zirə məhv edir. Bağırsağın zədələnməsini aradan qaldıraraq daha sağlam işə dəstək olan zirə bədəndə qaz yığılmasının da qarşısını alır.
Tərkibində çoxlu lif olan zirə qəbizlik problemi olanların ən böyük köməkçisidir. Ancaq çox istehlak etməməyə diqqət edin. Həddindən artıq istehlak mədə problemlərinə səbəb ola bilər.
Şəkər xəstələri üçün də çox faydalı olan zirə qanda şəkər səviyyəsini tarazlayır.Ana südünü artırdığı da məlumdur. Xərçənglə mübarizə aparan ədviyyatlardan biri olan zirə yeməklərdə ölçülü şəkildə istifadə edildikdə bədəni xərçəng hüceyrələrinə qarşı gücləndirir.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











